Ölkə futbolu
Əmrah Çəlikəl: “Qarabağ” “Dnepr”lə oyunda uğurlu nəticə qazanmağa borcludu” (Müsahibə)
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl “Ədalət” qəzetinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Klubun yeni transferi Emeqara barəsində nə deyə bilərsiniz?
- Bu barədə danışmaq hələ çox tezdir. Qurban Qurbanov uzun müdddətdir ki, onu izləyir. Əsas odur ki, transfer edilməsi gərəkli bilinən futbolçudur. Baş məşqçimiz onu bəyənib. Biz də buna şadıq.
- Çətin olmadı ki, onun transferi?
- Biz transfer edərkən gizliliyə üstünlük veririk. Özümüz gedib futbolçu ilə danışırıq. Lazım gəldikdə baş məşqçimiz söhbət edir. Emeqarada da belə oldu. Onunla çox klub maraqlanırdı. Biz daha cəld tərpəndik və sərfəli təkliflərlə onu heyətə cəlb etdik.
- "İnter"lə oyunda "Qarabağ"da nə çatmırdı?
- Məncə, bəxt. Oyun öncəsi əsas oyunçularımızdan olan Maksimin zədələnməyi bir qədər bizə mane oldu. Amma tam da demək olmaz ki, bu bəxtsizlikdən idi. Əlbəttə ki, "İnter" bizdən daha güclü oynadı və oyunu qazandı. Ümumiyyətlə komandanın oyunu Azərbaycanda alışdığımız oyunlardan xeyli fərqli idi. Bir neçə təhlükəli epizodumuz olsa da qola çevirə bilmədik. Zənnimcə hər kəs əlindən gələni artıqlamasıyla etdi.
- Komandadan "Dnepr"lə oyunda uğurlu nəticə gözləmək olar?
- Biz buna borcluyuq. Qrupdan çıxmaq istəyiriksə, "Dnepr"lə oyunda uğurlu nəticəyə nail olmalıyıq. Çünki bizim "İnter"ə uduzmağımız və digər iki klubun heç-heçə etməyi hər üç klubun ikincilik şanslarını demək olar eyniləşdirib. Hazırda mübarizə üç klub arasında gedir. Biz Ukraynadan xalla qayıtmalıyıq ki, şanslarımızı saxlayaq.
- "Dnepr"ın Ukrayna çempionatdakı oyunu "Qarabağ"ı qorxutmur ki?
- Biz artıq bu turnirdə iştirak edirik. Kimdənsə qorxmağımız, çəkinməyimiz heç nəyi dəyişdirməyəcək. Mənə elə gəlir ki, onlar bizdən qorxur və qorxmalıdırlar. Çünki "Qarabağ"ın bu ilki çıxışı illərin partlayışıdır. Əlbəttə, "Dnepr" Ukrayna çempionatında birinci yerdə gedir. Ukrayna çempionatı ilə Azərbaycan çempionatını müqayisə etmək də doğru olmaz. Amma bizim buna qarşı həm adımız, həm ürəyimiz, həm də baş məqçi amilimiz var. Bu üç meyar "Qarabağ"ı istənilən klubun öhdəsindən gələ biləcək gücə malik edir...
- Ukraynada olan hazırki vəziyyətlə bağlı komandada hər hansı narahatlıq var?
- Turnir UEFA bayrağı altında keçirilir, oyunların təşkilatçısı UEFA-dır. Yəqin ki, onlar lazımi səviyyədə təhlükəsizlik şəraitinin yaradılmasını tələb edəcəklər. Biz sadəcə oyun barədə fikirləşirik və fikirləşməliyik. Yoxsa biz "Dnepr"ə xal vermiş olarıq. Ora getməkdən heç kəs çəkinmir. İnşallah, orda ölkəmizi, bayrağımızı, torpağımızı layiqincə təmsil edəcəyik.
- Çempionat oyunlarında xeyli xal itirdiniz. Oyun qrafikinin sıxlığı “Qarabağ”ın çempionluğa iddialarını reallaşdırmağa problem yaratmayacaq?
- Həmişə iddialı olub, bundan sonra da iddialı olacaq. Təsir etməyəcəyini düşünmək mümkün deyil. Amma söhbət oyun qrafikasının sıxlığından gedirsə, bu bütün klublar üçün belədir. Avropa kubları da bundan əziyyət çəkir. Həm həftədə iki oyun oynamaq, həm yol yorğunluğu, birlikdə gələndə əlbəttə ki, ağırdır.
- İtirilən xalların bərpası komanda üçün çətinlik törədəcəkmi?
- Onu zamanla görəcəyik. Təbii ki, törədəcək. Biz də istərdik ki, xal itkisi olmasın.
- Hazırda klubun yeni stadionu inşa olunur. Məlumat lövhəsində işlərin dekabr ayınadək tamamlanacağı göstərilib. Ancaq belə görünür ki, stadionun tikintisi hələ xeyli uzanacaq...
- Gördüyünüz kimi, burda çox güclü iş gedir. Biz tikinti işlərinin yekunlaşmasını dekabrın sonuna nəzərdə tutmuşuq. Əlbəttə, hava şəraiti amili də var. Həm də bu elə bir iş deyil ki, göstərilən gündə tam qurtarsın. Bizim hədəfimiz ikinci yarıda məşqlərimizi burda keçirməkdir. Çatdıra bilsək, oyunlarımızı da burda keçirməyi planlaşdırırıq.
- Stadion neçə minlik nəzərdə tutulub?
- 5 minlik.
- Avroliqa oyunlarını da burda keçirmək fikriniz var?
- Avroliqa oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək istəyirik. Orda ab-hava tam başqa olur. Avropa komandalarını orada qarşılamaq bizim üçün daha məqbuldur.
- Klubun oyunlarını Ağdamdan kənarda keçirməsi bütün qarabağlıların qəzəbinə tuş gəldi. Bu bir növ komandanın Ağdamdan, Qarabağdan uzaqlaşması kimi qələmə verildi. Hətta təklif olundu ki, klubun adı dəyişdirilib "Qarabağ-Suraxanı" qoyulsun...
- Bu barədə çox danışıldı. Hər kəs öz sözünü dedi. Bu gün "Qarabağ" Azərbaycanı təmsil edir. "Qarabağ" İtaliyaya Azərbaycan adından gedir, Fransaya, Ukraynaya Azərbaycan adından gedəcək. Adımızın qarşısında Ağdam adı yazılacaq. Bizim Ağdam adını, Qarabağ adını ən yüksək səviyyədə təmsil etməyimiz, o ada yaraşan mücadilə etməyimiz lazımdır. Hazırlıq şəraitimiz buna uyğun olmalıdır. Bunun üçün biz ya Ağdamda yerləşməliyik, komanda orda yaşamalıdır, ya da biz Ağdamda ümumiyyətlə oynamamalıyıq. Hazırda biz Avroliqada, yerli çempionatda oynayırıq, sabah ölkə kuboku yarışları başlayır. Ağdamda da bizə çox böyük dəyər verirlər. Rayon icra başçısına burdan təşəkkürümü bildirirəm. Bizi orda çox yaxşı qarşıladılar. Kuboku ora aparanda bizə böyük mənəvi dəstək oldular. Biz istəyirik ki Ağdam adını ən yüksəyə daşıyaq, Qarabağı ən yüksək səviyyədə təmsil edək. Tək Ağdamın yox, işğal altında olan bütün torpaqlarımızın təbliğatını aparaq.
- Türkiyədə necə, "Qarabağ"ın oyunlarına maraq var?
- Nəinki Türkiyədə, bütün Avropada maraq var. Günü-gündən komandamızın oyunlarına maraq artır. Bunu klubun saytının statistikalarından, aldığımız məktublardan da görürük. Bu gün dünyanın nəhəng klubları bizimlə maraqlanır, bizimlə işbirliyi qurmaqda maraqlıdırlar. Bu da Azərbaycan üçün gözəl nailiyyətlərdir.
- Komandada Çempionlar Liqasında oynamaq üçün nə çatmadı?
- Təcrübə. İlk dəfəydi bu turnirdə iştirak edirdik. Biz avropada bir dəfə yox, həmişə oynamağı fikirləşirik. Buna gücümüz də, şəraitimiz də, imkanımız da, ürəyimiz də var. Qurban Qurbanov kimi baş məşqçimiz də var. Uğurumuzu gələcəkdə də təkrar edib, daha böyük nəticələr qazanmağımız üçün heç bir maneə yoxdur.
- Reynaldonun transferi ilə bağlı yay transfer pəncərəsində xeyli təklflər oldu. Bir çox nüfuzlu klubların onunla maraqlandığı söylənildi. Çətin olmadı ki, Reynaldonu saxlamaq?
- Əsas odur ki, biz Reynaldonu saxladıq. Üç illik də müqavilə bağladıq. Bunu öz razılığı ilə etdik. Onunla bağlı bizə çox müraciətlər oldu. "Zalzburq"dan və digər adını xatırlamadığım klubdan rəsmi təklif gəldi. Futbolçu özü də azad agent statusuna malik idi, rahat çıxıb gedə bilərdi. Biz ona öz şərtlərimizi bildirdik. O, həm mühitə öyrəşdiyindən, həm komandanı, həm Qurban müəllimi sevdiyindən, həm rəhbərliklə yaxşı münasibəti olduğundan burda qalmağa üstünlük verdi.
- Belə təkliflər olduqda futbolçularda "şıltaqlıqlar" yaranmır ki?
- Bizdə elə futbolçu yoxdur. Əgər hər hansı futbolçu ona təqdim olunan şərtlər daxilində özünü rahat hiss etmədiyini bildirirsə, onu sərbəst buraxırıq. Çünki ürəyi burda olmayanın bizimlə savaşmağı, bizimlə cəbhəyə getməyi mümkün deyil. Ona görə biz onlardan ayrılırıq. Açığını deyim, əgər Reynaldo bizdən getsəydi, biz də, Reynaldo da bundan daha çox faydalacaqdı. Amma biz birlikdə olan gücümüzə daha çox inandığmız üçün müqaviləni uzatdıq.
- Yeni transfer nəzərdə tutulur?
- Bu Qurban müəllimin səlahiyyətində olan bir məsələdir. Bizim menecerlərimiz var ki, onlar Qurban müəllimlə birgə işləyirlər. Mütəmadi olaraq gözaltı etdikləri futbolçular haqqında olan məlumatları Qurban müəllimə təqdim edirlər. Qurban müəllim bunların içərisində lazım bildiyi, istədiyi futbolçunu seçir, bizə bildirir və biz onun tranferini gerçəkləşdiririk. Bu gün Emeqara gərəkli bilindi və biz onu transfer etdik. Bundan sonra yenə elə bir futbolçu olarsa, Qurban müəllim istərsə, biz onu transferini həyata keçirəcəyik. Bu mövzuda tək söz sahibi Qurban müəllimdir.
- Bildiyimiz kimi, klubun çıxışı tək idman çərçivəsində əhəmiyyət kəsb etmir. Müəyyən qədər siyasi təbliğat- Qarabağ həqiqətlərinin dünyaya çatdırılması xarakteri də daşıyır. Bununla əlaqədar olaraq, indiyədək ermənilərin təzyiqi və ya təxribatı ilə rastlaşmısınız?
- Bu günə qədər bu halla üzləşməmişik. Ola bilər ki, Fransada belə halla qarşılaşaq. Ancaq bu bizi heç vaxt hədəfimizdən yayındıra bilməz. İndiyə qədər öz oyunumuzla adımızdan söz etdirmişik. Bundan sonra da belə olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- “Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
- “Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu
-
15:53
Yuri Vernidub: “Sabahkı oyundan öncə kartlarımı niyə açım?”
-
15:32
Emin Mahmudov: “İndi “Braqa” barədə düşünmürük”
-
15:14
“Qəbələ” nigeriyalı vinger transfer etdi
-
14:41
Belarus klubu yeni transferini İçərişəhərdə təqdim etdi
-
14:00
“Qarabağ”ın yenilənmiş iştirak ərizəsini UEFA-ya göndərdi
-
13:27
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
-
12:58
"Karvan-Yevlax" Orxan Sadıqlını heyətinə qatıb
-
12:36
Cavid Hüseynov: “Nəticə yox, meydanda görəcəyimiz iş vacibdir”
-
12:13
Toral oynadı, “Bursaspor” qalib gəldi
-
11:42
Stiv Beusnard “Turan Tovuz”da
-
11:05
“Sabahın Ulduzları”, xoş gəlir avazları
-
10:29
"Araz-Naxçıvan" braziliyalı legionerlə yeni müqavilə imzaladı
-
09:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:31
ÇSKA Bakıya xal itkisi ilə gəlir
-
19:49
“Kəpəz” - “Şamaxı” matçında heç-heçə
-
19:07
Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək
-
18:22
“Karvan-Yevlax” qapıçı transfer etdi
-
17:51
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
17:15
“Səbail”in sabiq legioneri "Şəfa"ya keçdi
-
16:34
Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
-
16:00
Hacı Əliyev: “Dünya çempionatında hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”
-
15:48
Yamaykalı vinger rəsmən "Zirə"də
-
15:23
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
-
15:09
Prezident İlham Əliyevdən İspaniyaya təbrik
-
14:57
Finlandiya çempionu Bakıdadır
-
14:38
Səfir: "Kriket insanlararası əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər" FOTOLENT
-
14:21
ÇL: "Sabah"ın III mərhələdəki potensial rəqibi müəyyənləşdi
-
13:54
"Turan Tovuz" üçün yeni rəqib
-
13:15
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
-
13:00
Emrelinin “Rakov”da ilk seçimi
-
12:43
“Araz-Naxçıvan”dan ayrılan legioner vətəninə qayıtdı
-
12:28
Azərbaycan avarçəkənləri Avropa çempionatına qatılacaqlar
-
12:06
Mbappe bunu bacaran ilk futbolçu oldu
-
11:39
Üzgüçülərimiz Kutaisi turnirini 33 medalla başa vurublar
-
10:51
"Zirə"nin rəqibi qapısında 5 qol gördü
-
10:27
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
10:02
“Qarabağ” azarkeşlərə səsləndi: “Gəl, stadionda birlikdə qələbə qazanaq”
-
09:44
İspaniyanın çempionluğu VİDEO
-
21:18
Kaxaber Sxadadze: "Heyətin gücləndirilməsinə ehtiyac var"
-
20:05
“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi
-
19:32
“Neftçi”nin 2026/27 mövsümünün üçüncü oyun dəsti - “Bakı” FOTOLENT
-
16:29
“Səbail” qapıçı transfer etdi
-
15:47
Azərbaycanlı hakim Çempionlar Liqasının 2 oyununda
-
14:51
“Şahdağ Qusar”ın hazırlıq planı müəyyənləşib
-
13:36
Rəşad Nəbiyev Qusarda təlim-məşq toplanışı keçən cüdoçularla görüşüb
-
12:13
"Səbail"dən növbəti transfer
-
10:24
Mbappe dünya çempionatları tarixinin bombardiri oldu
-
10:00
Fransa - İngiltərə matçında 10 qol VİDEO
-
23:30
Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
-
23:19
Duran “Seltik”i məğlubiyyətdən xilas etdi
21.07.2026
20.07.2026
19.07.2026
18.07.2026























