25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

"Qəbələ" "Şerif"lə məkdaşlıq edəcək

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Moldovada təşkil olunan turnirdə iştirak edir. Futbolxeber.az xəbər verir ki, dünən keçirilən "Şerif" - "Qəbələ" oyunundan sonra komandanın rəsmiləri akademiya direktorunun müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fiçıcı, məşqçilər Uğur Kurt və Hüseynqulu Quliyev "Şerif" Akademiyasının direktor müavini Yevqeniy Molovat ilə görüşüb. Görüş zamanı hər iki tərəf akademiyaların fəaliyyəti barədə təcrübələri və gələcək planları barədə məlumat verib. Molovat "Qəbələ"nin turnirdəki çıxışını yüksək qiymətləndirib və final oyununda uğurlar arzulayıb. Komandaların akademiya səviyyəsində əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparan rəsmilər əməkdaşlıq barədə şifahi razılığa gəliblər. Sonda "Qəbələ" rəsmiləri "Şerif"in bazası ilə tanış olublar.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31