25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

"Qəbələ" finalda

 

Moldovanın Tiraspol şəhərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə çıxışını uğurla davam etdirən "Qəbələ" bu gün yarımfinal oyununa çıxıb. Futbolxeber.az xəbər verir ki, turnirə ev sahibliyi edən "Şerif"li həmyaşıdları ilə qarşılaşan təmsilçimiz qələbə seriyasını davam etdirib və finala adlayıb.
 
Matç "Qəbələ"nin sürətli hücumları ilə start götürüb. Bütün xətlərdə üstünlüyü ələ keçirən Hüseynqulu Quliyevin yetirmələri artıq 3-cü dəqiqədə hesabı açıblar. Coşqun Süleymanov əlinə düşən şansdan maksimum yararlanıb - 1:0. Hücumlarını səngitməyən "qırmızı-qaralar" 8 dəqiqə sonra meydan sahiblərini bir daha mərkəzə dəvət ediblər. Coşqun Süleymanov dublunu rəsmiləşdirib - 2:0. İlk hissənin qalan dəqiqələrində təmsilçimiz rəqibin qapısı önündə
bir neçə əlverişli vəziyyət yaratsa da, komandalar fasiləyə 2:0 hesabilə yollanıblar.
 
Fasilədən sonra da ssenarı dəyişməyib. "Şerif"i ardıcıl olaraq bir neçə epizodda əks-hücumda yaxalayan "Qəbələ" hesabı artırmağa yaxın olsa da, hissənin ilk 25 dəqiqəsində fərq dəyişməyib. Matçın 60-cı dəqiqəsi də yaddaqalna alınıb. Oyunun hakimi qapımıza penalti təyin etsə də, qolkiper Süleyman Süleymanov gözəl reaksiya ilə topa keçid verməyib. 2 dəqiqə sonra isə "Şerif" yenidən cəzalandırılıb. Fərid Nəbiyev dəqiq zərbə ilə hesabı 3:0 çatdırıb və matçın nəticəsini müəyyənləşdirib.
 
Bununla da komandamız ardıcıl 4-cü matçında da qalib gələrək finala vəsiqə qazanıb. "Qəbələ" sabah final qarşılaşmasında Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə münasibətlərinə aydınlıq gətirəcək. Xatıqladaq ki, "qırmızı-qaralar" UGİM-lə qrup mərhələsində üz-üzə gəlmiş və dramatik matçda 2:1 hesablı qələbə qazanmışdı.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31