Ölkə futbolu
Bülənt Qorxmaz: "Azərbaycanda Hafiz Məmmədov razılıq verdikdən sonra başqa klubda çalışaram"

"Bakı"nın keçmiş baş məşqçisi, hazırda Türkiyənin "İstanbul Böyükşehir Bələdiyyəspor" klubunu çalışdıran Bülənt Qorxmaz Futbolxeber.az saytına eksklüziv müsahibə verib.
- Bülənt hoca, salam. Necəsiniz?
- Sağ olsun, təşəkkür edirəm, siz necəsiz?
- Çox sağ olun. Sizi Bakıdan narahat edirik.
- Lap yaxşı, buyurun eşidirəm.
- İlk növbədə bugünkü qələbə münasibətilə sizi təbrik edirəm. Əvvəlcə elə "Mərsin İdman Yurdu"na qarşı keçirdiyiniz oyun haqda fikirləriniz öyrənərdik?
- Çox gərgin oyun alındı. 4 turdu qələbə qazana bilmirdik. Amma qələbə qazana bilməsək də, uduzmurduq da. Lakin bu gün istədiyimiz oyunu sərgiləyə bildik. Vurduğumuz erkən qollar işimizə yaradı və çox mühüm bir qələbə qazandıq.
- Hesabda 4:0 önə keçdikdən sonra komandanız sona yaxın qapısında ardıcıl iki qol gördü. Bu, nədən irəli gəlirdi?
- Həqiqətən də komandada bir qədər sanki "boşalma" oldu. Bəlkə də bu, arxayınçılıqdan irəli gəldi.
- Bu gün komandanız 6 turdan sonra ilk qələbəsini qazandı. Bu müddət ərzində qələbə qazana bilməməyinizin səbəbi nə idi?
- İlk növbədə onu qeyd edim ki, bu cür sindromla "İstanbul BB" demək olar ki, hər il üzləşir. Komanda hər mövsüm çempionatın hansısa bir hissəsində ardıcıl uğursuz oyunlar keçirir. Bu, məndən əvvəlki məşqçilərin dövründə də olmuşdu. İndi də eyni aqibəti mən yaşadım. Amma bunun bir çox səbəbləri var. İlk öncə onu deyim ki, hücumda problemimiz var. Vebonu fasilədə "Fənərbaxça"ya satdıqdan sonra onun əvəzinə bir oyunçu aldıq ki, o da zədələnərək mövsümü erkən başa vurdu. Bu səbəbdən də hücumda, qol vurmaqda çətinlik çəkirik. Bir növ oyunçu çatışmazlığımız var. Eyni zamanda burda psixoloji problemin də təsiri olurdu. Çünki ardıcıl 2-3 uğursuz oyundan sonra futbolçular özünəinamı itirirdilər. Əvvəlki matçlarda da yaxşı oynadığımızı deyə bilərəm. "Akhisar Bələdiyyəspor"la matç istisna olmaqla. Həmin oyunda həqiqətən də çox bərbad oynadıq. Amma şükürlər olsun ki, bu gün layiqli qələbə qazanaraq, uğursuz oyunlar seriyasına son qoyduq.
- Bugünkü qələbə sayəsində komandanız artıq 10-cu pilləyə yüksəldi. Ümumiyyətlə, cari mövsümdəki hədəfləriniz nədir?
- Cari mövsüm klub prezidenti qarşıma yalnız bir məqsəd qoyub - komandanı Superliqada saxlamaq. İnanıram ki, bu tapşırığın da öhdəsindən gələcəyik.
- Gələn il sizi "İstanbul BB" də görə biləcəyik?
- Əslində mənim komanda ilə müqaviləm var. Amma bildiyiniz kimi, müqavilə futbolda elə də böyük rol oynamır. Cari mövsüm hədəfimizə çatdıqdan sonra artıq klub rəhbərliyi ilə görüşümüz olacaq. Orada növbəti mövsümün planlarını cızacağıq. Fikirlərimiz üst-üstə düşsə, ortaq məxrəcə gələ bilsək, buradakı fəaliyyətimi davam etdirəcəyəm.
- Superliqada cari mövsümün hansı komandanı favorit görürsünüz? Çoxları hesab edir ki, Droqba və Sneyder kimi ulduzları heyətinə qatdıqdan sonra "Qalatasaray" cari mövsümdə də qızıl medalları qazanacaq.
- Həqiqətən də o cür ulduzları heyətinə qatmaqla "Qalatasaray" xeyli gücləndi. Droqba və Sneyder karyerası olan futbolçulardı. Heyətinə görə "Qalatasaray" favoritdi. Amma hər zaman favoritlər qələbə qazanmır. Götürək "Eskişehispor"la oyunu. Həmin matçda mən deyərdim ki, "Qalatasaray" yox, "Eskişehirspor" 2 xal itirdi. "Gənclərbirliyi" ilə matçda "Qalatasaray" yaxşı oynasa da, uduzdu. Bir sözlə, futbolda gözlənilməz nəticələr tez-tez olur. "Qalatasaray" stabil çıxış etsə, istəyinə çatacaq. Mənə görə də çempionatın ən böyük favoriti məhz onlardı.
- Sabiq klubunuz "Qalatasaray" uzun fasilədən sonra yenidən Çempionlar Liqasında 1/4 finala yüksəldi. Burada isə "Real"la qarşılaşacaq. Sizcə illər sonra revanş almaq mümkün olacaq?
- Əvvəla onu deyim ki, "Qalatasaray"ın prezidenti Çempionlar Liqası başlamamışdan öncə demişdi ki, biz qrupdan çıxsaq, bu, artıq uğurdu. Komanda bu istəyinə çatdı. Daha sonra 1/8 final mərhələsini də uğurla adladılar. Yəni ki, komanda artıq qarşısına qoyduğu məqsədə çatıb. O ki qaldı "Real"a, razıyam, çox güclü rəqibdir. Amma elə bir qanun yoxdur ki, fubolda hər zaman favoritlər qələbə qazanmalıdır. İllər öncə biz də 1/4 finala yüksələrkən məhz "Real"la qarşılaşdıq. Evdə 0:2 uduzduğumuz oyunu çevirə bildik və 3:2-lik qələbə qazandıq. Amma səfərdə 0:3 uduzduq. Bir sözlə, futbolda hər şey mümkündür.
- Sizcə, "Real"ı keçmək üçün ilk növbədə "Qalatasaray" nə etməlidi?
- Komanda oyunu oynamalıdı. Əgər, bunu bacarsalar, mərhələ adlaya bilərlər. Dediyim kimi, "Real" favoritdi, heyətlərində dünya səviyyəli ulduzlar çıxış edir. Amma istənilən komandaya qarşı oynamaq mümkündü.
- Cari mövsüm "Qalatasaray" və "Fənərbaxça" avrokuboklarda 1/4 finala yüksəldilər. Amma eyni uğuru Türkiyə millisinin timsalında görə bilmirik. Sizcə, yığmanın uğursuz çıxışının səbəbi nədir?
- İlk növbədə klublardakı legioner çoxluğunu qeyd etməliyəm. Diqqət yetirək, "Şalke" ilə oyunda "Qalatasaray"ın heyətində 7, "Fənər"in son oyununda isə meydanda 6 əcnəbi vardı. Amma bizim vaxtımızda belə deyildi. O zaman bizdə 4 legioner, 7 yerli futbolçu çıxış edirdi. Məhz bu məqam da millinin uğursuz çıxışında rol oynayır.
- Bəs, Azərbaycan futbolu ilə necə, maraqlanırsınız? Sabiq klubunuz "Bakı"nın çıxışlarını izləyirsiniz?
- Sözün açığı, bu dəqiqə işlərim həddindən artıq çoxdur. Ona görə də Azərbaycan çempionatı ilə, "Bakı"nın oyunları ilə yaxından maraqlana bilmirəm. Amma əvvəllər izləyirdim. İndi isə vaxt problemi var.
- Sonuncu dəfə "Bakı"da baş məşqçi dəyişikliyi baş verərkən namizədlər arasında sizin də adınız hallanırdı. Mətbuatda yenidən komandaya qayıdacağınız deyilirdi. Həmin vaxt "Bakı"dan təklif almışdınız?
- Söhbət "Bakı"dan gedirsə, ilk növbədə Hafiz Məmmədovun adını çəkməliyəm. Hafiz bəy, Azərbaycan futbolu adına çox böyük işlər görür. Onun inşa etdirdiyi bazadan heç Türkiyədə də yoxdur. O adam heç bir maraq güdmədəm futbola külli miqdarda vəsait xərcləyir. Hafiz bəyə çox böyük hörmətim var. O ki qaldı sualınıza, həmin vaxt "Bakı"dan təklif almamışdım. Heç kim mənimlə əlaqə saxlamamışdı.
- Bəs, təklif olsa necə, yenidən "Bakı"ya qayıdarsınız?
- Bu gün üçün mümkün deyil. Çünki mənim komandam ilə müqaviləm var. Hazırda işsiz deyiləm. Amma nə vaxtsa Azərbaycana qayıtmağı, yenidən orada işləməyi mən də planlaşdırıram. Amma indi yox, bir neçə ildən sonra. Əgər "Bakı"dan təklif gəlsə, məmnuniyyətlə yenidən klubun başına keçərəm. Dediyim kimi, o klubun Hafiz Məmmədov kimi prezidenti var.
- Təklif, "Bakı"dan yox, başqa klubumuzdan gəlsə? Yenə də qəbul edərsiniz?
- Gəlin, indidən bu haqda danışmayaq. Çünki mənim hazırda "İstanbul BB" ilə müqaviləm var.
- Mən indini yox, bir neçə il sonranı nəzərdə tuturam.
- Belə deyək də, əgər Azərbaycanın başqa bir klubundan təklif alsam, yenə də ilk növbədə Hafiz bəylə danışaram. Əgər, Hafiz Məmmədov razılıq versə, Azərbaycanın başqa bir klubunda da çalışa bilərəm.
- Bir müddət əvvəl xəbər yayılmışdı ki, sizin rəhbərlik etdiyiniz "İstanbul BB" "Neftçi"nin futbolçusu Cavid İmamverdiyevlə maraqlanırdı. Bu xəbər nə dərəcədə doğru idi?
- Mən həmin oyunçunu tanıyıram. Amma nə mən, nə də "İstanbul BB"dən kimsə, həmin futbolçunun keçidi ilə bağlı "Neftçi"yə müraciət edib. Ümumiyyətlə, bizim belə bir istəyimiz olmayıb. Biz Cavid maraqlanmamışıq.
- Bəs, ölkəmizdən hansısa futbolçu ilə maraqlanırsınızmı?
- Bəli, marağımda olan 4 futbolçu var. Həmin oyunçuların çıxışlarını yaxından izləyirəm. Hamısı da 1996-cı il təvəllüdlüdü. Amma onların adlarını və klublarını deməyəcəyəm. Həmin oyunçularla çox ciddi şəkildə maraqlanıram. Hər biri istedadlı oyunçulardı.
- Onların nə vaxtsa Türkiyə Superliqasında görə bilərik?
- Bu, onların özlərindən asılıdır. Əgər üzərlərində işləsələr, daha da "artırsalar", gələcəkdə Türkiyədə çıxış edə bilərlər.
- "Bakı"dakı sabiq futbolçularınızdan kiminləsə əlaqə saxlayırsınız?
- Sözün açığı, indi çox məşğulam, boş vaxtım demək olar ki, olmur. "Bakı" klubunun direktoru Yaşar Seyidovla arada zəngləşib, hal-əhval tuturuq. Bir də sabiq futbolçum Sissoko arada mesaj yazırdı. Eləcə də klubda çalışan bəzi şəxlərlə danışırıq. Ötən il Topazın tədbiri ilə bağlı Azərbaycana gəlmişdim. Həmin vaxt "Bakı"nın bazasında oldum və bütün komanda üzvləri ilə görüşdüm. Sizin vasitənizlə də Azərbaycanda məni tanıyan hər kəsə öz salamlarımı çatdırıram.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Çarls Boli: “Kiprə qələbə üçün yollanacağıq”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
- Azərbaycan Premyer Liqasında ilk turun hakim təyinatları açıqlandı
- Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
- Samir Abasov: “Neftçi”də ab-hava mükəmməldir”
-
09:43
Millimizin üzvü üçün "Alkmaar"a qarşı oynadı
-
09:24
"Arsenal" səfərdə "Mançester Yunayted"ə qalib gəldi VİDEO
-
09:11
Krivotsyukun komandası səfərdə xalsız qaldı
-
23:55
Saşa İliç: “Hesabda 3:0 öndəsənsə, daha rahat və sadə oynamalısan”
-
23:40
Adil Şükürov: “Kəpəz” düzələcək”
-
23:14
"Sumqayıt" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:38
Rüfət Abdullazadə Xorvatiya çempionatında debüt etdi
-
22:22
"Sumqayıt"dan möhtəşəm start
-
17:51
"Kəpəz"dən iki transfer, üç yeni müqavilə
-
16:03
Ozobiç üçün əlamətdar oyun
-
15:39
“Neftçi”dən start antirekordu
-
14:46
"Kəpəz" kapitanlarını açıqladı
-
14:17
"Ferensvaroş" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi
-
13:00
Emin Mahmudov: “Vaxt yoxdur, heç kim bizi gözləməyəcək”
-
12:25
Robbi Kin “Qarabağ”la oyundan danışdı
-
11:59
Emin Mahmudov etdiyi jestdən danışdı: “Bu, dinlə bağlıdır”
-
11:42
"Mançester Siti"dən darmadağın VİDEO
-
11:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
"Fənərbaxça" İzmir səfərindən büdrədi VİDEO
-
10:23
“Ferensvaroş” “Qarabağ”la oyundan öncə uduzdu
-
10:09
"Tottenhem" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:46
Renat oynadı, komandası heç-heçə etdi
-
09:30
"Barselona" mövsümə qələbə ilə başladı VİDEO
-
23:04
"Neftçi" 1 xalla kifayətləndi VİDEO
-
22:47
"Müqavimət göstərməyə gücümüz var"
-
22:21
Ayxan Abbasov: “Bizim də büdcəmiz çox olsaydı, 16-17 legioner gətirərdik”
-
21:55
“Turan Tovuz” sonda sevindi, “Neftçi” xal itirdi
-
21:41
“Neftçi” Boris Xetaqurov və Arif Əsədovu təbrik etdi
-
20:18
Olabe "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
19:32
Kurban Berdıyevdən qələbə şərhi
-
15:26
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
15:00
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
14:43
“Ferensvaroş”un qapıçısı: “Cütün taleyi bir oyunda həll olunmayacaq”
-
14:27
PFL “Ayın qolu” layihəsini davam etdirəcək - Elxan Səmədov açıqladı
-
13:19
“Sumqayıt”da kapitan və vitse-kapitanlar müəyyənləşdi
-
12:55
“Karvan”ın ingiltərəli yarımmüdafiəçisi: “Biz də istərdik ki, Yevlaxda oynayaq”
-
12:02
Azərbaycan klubu daha bir legioneri heyətinə qatıb
-
11:31
“Kəpəz” BATE-nin üzvünü transfer etdi
-
11:18
PFL prezidenti mövsümün startını dəyərləndirdi: “Davamında da bu cür mübarizə arzu edirəm”
-
10:46
“Qalatasaray” 3 xalı 3 qolla qazandı VİDEO
-
10:24
Azərbaycanlı hücumçu Qırğızıstanda növbəti qolunu vurdu
-
10:00
Mövsümün ilk qolunun müəllifi: “Premyer Liqanın səviyyəsi başqadır”
-
09:17
Sərtan Taşkının komandasından qələbə
-
21:34
“Neftçi” mövsümün ilk oyununa itki ilə çıxacaq
-
20:49
Mövsümün açılış oyununda sülh VİDEO
-
20:16
“Şamaxı” braziliyalı müdafiəçi transfer etdi
-
19:23
"Kəpəz"də struktur dəyişikliyi
-
18:55
"Qəbələ" qələbəni əldən verdi
-
18:31
Cüdo məşqçiliyi üzrə proqramın iştirakçılarına sertifikatlar təqdim olunub
-
18:17
Yeni mövsümün ilk qolu vuruldu
18.08.2025
17.08.2025
16.08.2025
15.08.2025













