27 Oktyabr 2025, Bazar ertəsi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

Muntyanu 49-cu oldu

Azərbaycan Premyer Liqasının yeni mövsümünün startı yeni baş məşqçinin çempionatdakı debütü ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin çalışdırıcısı Dorinel Muntyanu Azərbaycan birinciliyində ilk matçında komandasına rəhbərlik edib.

İlk turun “İnter”lə oyununda 0:4 hesablı məğlubiyyətə üzülən rumıniyalı mütəxəssis Premyer Liqa tarixində 49-cu legioner baş məşqçi olub. Belə ki, 1992-ci ildə start götürən çempionatlar tarixində bunadək 48 əcnəbi mütəxəssis çalışmışdı. Onlardan bəziləri yalnız baş məşqçi əvəzi kimi bir neçə oyunluq iş başında olub.

Əvvəlki 22 çempionatda yalnız bir rumıniyalı olmuşdu. “Xəzər Lənkəran”a rəhbərlik etmiş Mirça Rednikdən sonra Muntyanu bu ölkənin Azərbaycan çempionatındakı 2-ci təmsilçisi olub.

Ümumilikdə bu 49 əcnəbi çalışdırıcı 19 ölkəni təmsil edir: Türkiyə - 13, Ukrayna - 7, Gürcüstan, Serbiya - 4, Almaniya - 3, Bosniya və Herseqovina, Rumıniya, Rusiya, İspaniya - 2, Xorvatiya, Uels, Moldova, İtaliya, İngiltərə,  Əlcəzair, Çexiya, Makedoniya, Litva. Latviya - 1.

5 legioner iki klubda çalışıb. Azərbaycan Premyer Liqasının 17 komandasını çempionat matçlarına gəlmələr çıxarıb: “Xəzər Lənkəran” - 10, “Bakı” - 7, “Qəbələ”  - 5, “İnter”, “Simurq”- 4, “Gənclərbirliyi”, “Turan”, “Neftçi”, “Rəvan”, “Standard” - 3, “Muğan”, “Olimpk” - 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Sumqayıt”, “Qarabağ” - 1.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31