21 Avqust 2026, Cümə
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ"ın iki aparıcı üzvü uzun müddətə sıradan çıxdı

Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ" Avropa Liqasının "pley-off" mərhələsinin oyunlarına ciddi itkilərlə çıxacaq. Futbolxeber.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, "Zalsburq"la qarşılaşmada zədələnərək görüşü davam etdirə bilməyən İlqar Qurbanov  və Maksim Medvedyevin zədəsinin ciddi olduğu üzə çıxıb. 

M.Medvedyevin ayağı burxulub. Müdafiəçi ən azı üç həftə meydan çıxa bilməyəcək.  İ.Qurbanovda isə əzələ yırtığı aşkarlanıb və o ən azı bir ay futbol oynaya bilməz.

Onlar bu gün tibbi müayinədən keçəcək və yalnız bundan sonra həmin futbolçuların yaşıl meydana dəqiq nə zaman dönəcəyi dəqiqləşəcək.

Beləliklə, "Qarabağ" ən azı Avroliqanın "pley-off" oyunlarında və Premyer Liqamızın bəzi matçlarında iki aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31