9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Neftçi" "Qarabağ"a kömək əli uzatdı

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun "Neftçi"yə müraciəti əsasında bu klubun prezidenti Sadıq Sadıqovun göstərişi ilə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu Ağdam komandasının məşqi üçün istifadəsinə verilib. Bu haqda Qol.Az saytına paytaxt klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, "Qarabağ" klubu bu gündən etibarən Avstriyaya gedənədək məşqlərini Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində qarşılaşacağı "Zalsburq"la görüşün hazırlıqlarını "Neftçi"nin istifadəsində olan Bakıxanov qəsəbə stadionunda keçirəcək.
 
"Neftçi" komandası da öz növbəsində "Qarabağ"ın mərhələ keçəcəyinə inanır və "Zalsburq"la görüşdə Ağdam təmsilçisinə uğurlar arzulayır. 
 
Qeyd edək ki, avqustun 6-da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31