Ölkə futbolu
Oğuz Çətin: “Xəzər Lənkəran” son 2 ildə normal hazırlıq keçməyib"
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətinin müsahibəsi
- Türkiyə və Sloveniyada keçirdiyiniz hazırlıqlar haqqında nə deyə bilərsiniz?
- Təlim-məşq toplanışlarını çox yaxşı keçirməyimiz vacib idi. Çünki komanda son 2 ildə heç də normal hazırlıq keçməyib. Elə ötən mövsüm də bunun acısını çəkdik. Fiziki durum pis vəziyyətdə idi. Bu səbəbdən biz hazırlıq dönəmini 3 hissəyə böldük. Türkiyənin Ərzurum bölgəsində daha çox fiziki çalışmalar üzərində işlədik. Bunun üçün Ərzurumu seçməyimiz də təsadüfü deyildi. Komanda üçün çox uyğun yer idi. Hazırlıqdan 15 gün qabaq ora getmişdim. Hər şeyi təhlil etdim. Otel, stadionlar, ümumiyyətlə hər şey ürəyimizcə idi. Xüsusilə, şəhərin dəniz səviyyəsindən 1850 metr yüksəklikdə olması, havanın quru olması bizə vacib idi. Orada futbolçuları istədiyim kimi “yükləyə” bildim. İstədiyimiz fiziki hazırlığı keçə bildik. Sadəcə, həmin vaxt futbolçuların sayı az idi. Ümumilikdə baxanda Ərzurumdakı təlim-məşq toplanışı yararlı oldu. Hazırlığın II mərhələsini Sloveniyada keçirdik. Burada isə fiziki hazırlıq keçməklə yanaşı, oyun fəlsəfəmizin üzərində də işləməyə başladıq. 4 yoxlama oyunu keçirdik. Məşqlərdə etdiklərimizi matçlarda da göstərməyə çalışdıq.
- Bütün bu hazırlıqlardan sonra yoxlama oyunlarında istədiyiniz “Xəzər Lənkəran”ı görə bildinizmi?
- İki ölkədə keçdiyimiz hazırlıq prosesi 43 gün çəkdi. Bu vaxtın necə keçdiyini heç bilmədim. Normalda belə uzun çəkən toplanışlar zamanı futbolçular gərgin, psixoloji problemlər olur. Amma bizdə heç də belə olmadı. Hər şey yaxşı idi. Bunun səbəbi də məşqlərin yaxşı keçməsi, əhval-ruhiyyənin yüksək olması idi. Məşqlərdə etdiklərimizin 70-80 faizini yoxlama oyunlarında gördüm. Bu da məni razı salır. Hər zaman hazırlıq matçları hesab baxımından önəmsiz olur. Amma mən başqa cür düşünürdüm. Bu oyunların hamısının psixoloji olaraq futbolçulara təsiri var. Mən bunları futbol oynadığım vaxtlardan bilirəm. Ona görə də futbolçulara tapşırmışdım ki, meydanda can qoysunlar, yaxşı oynasınlar. İstədiyim komandanı görmək istəyirəm. Fiziki cəhətdən də futbolçular bu qarşılaşmalarda “yükləndilər”.
- Sloveniyada keçirilən 4 yoxlama oyununda 3 qələbə qazanıb, 1 oyunda bərabərliyə qaldınız. Bu matçlardan hansında komandanızı tam istədiyiniz kimi gördünüz, hansı matçda potensialından zəif oynadı?
- Bəzi oyunlara daha çox məşq edərək çıxdıq. Bəzilərində isə məşqlərin tempini aşağı salıb, oyunlara daha enerjili çıxdıq. 3-cü oyunda qarşılaşmanın ikinci hissəsində rəqib tərəfindən ciddi təzyiqə məruz qaldıq. Buna da səbəb oyundan bir gün öncə etdiyimiz ağır məşqlər idi. Bunun o qədər də önəmi yoxdur. Komandamızın güclü komandalara qarşı matçlarda göstərdiyi oyun daha vacib idi. Öz oyun üslubumuzdan uzaqlaşmamalı idik. Çatışmazlıqlar var və yoxlama oyunlarında buna şahid olduq. Serbiyanın “Rad” və Rusiyanın “Arsenal” klubları fiziki durumlarına görə bizdən üstün olsalar da, onlara qarşı mübarizə apara bildik. “Xəzər Lənkəran”ın hazırda ən böyük üstünlüyü rəqib bizdən güclü olsa da, onlara qarşı necə oynamağı bilməsidi.
- Hazırlıq çərçivəsində hansı futbolçunun fiziki durumu sizi qane etmədi?
- Təlim-məşq toplanışlarından sonra tam demək olmaz ki, hansısa oyunçu hazırdır. Kimin nə dərəcədə yaxşı çalışdığı avqustun 9-da, Topaz Premyer Liqasının ilk turunda AZAL-a qarşı matçda bəlli olacaq. Bütün futbolçularda çatışmazlıqlar var. Hətta yorğunluqları var. Bu məşqlərin ağırlığından irəli gəlir. Bir də toplanışlara gec qatılan futbolçularımız var. Xüsusilə, çox yaxşı istedada malik Fernando Qabrielin fiziki durumunu düzəltməyimiz lazımdır. O, çox yüksək fərdi keyfiyyətləri var. Bundan istifadə etməliyik. Mbilla Etame və Rauf Əliyev bizə gec qoşulduğu üçün onlarda da müəyyən problemlər var. Tək-tək adlarını saymaq istəmirəm. Amma çatışmazlıqlar mövcuddu.
- Sınaq oyunlarında meydanda olduğu vaxt standart zərbələr zamanı topa məhz Fernando yaxınlaşırdı. Topaz Premyer Liqasında da bütün standart vəziyyətləri Qabriel yerinə yetirəcək?
- Bəli.
- Kamerunlu legioneriniz Mbilla Etame toplanışa gec qatıldı. Ona hansı cəzalar tətbiq olunacaq?
- Etamenin hazırlığa gec qatılması yaxşı hal deyil. Bu barədə rəhbərlik onunla söhbət edəcək. Mənim əsas vəzifəm futbolçunu qazanmaqdı. Etame hazırlıqlara gec qoşuldu. Fiziki durumunda problemlər var, bizim oyun üslubumuzdan xəbərsizdir. Mən indi ona bütün bunları aşılamalıyam. Psixoloji və fiziki vəziyyətini yaxşılaşdırmalıyıq. Gecikməsinin səbəbi və cəzası haqqında rəhbərlik qərar verəcək. Yəqin ki, onunla bu barədə söhbət ediləcək. Mən isə daha çox onun hazırlamaqla məşğul olacam. Əgər bir futbolçu hansı bir səbəbdən ötrü komandaya gec qoşulubsa və müəyyən problemlər varsa, mən problemləri həll edib, o futbolçunu kluba qazandırmalıyam. Mənə görə, Mbillanın cəzası komanda istirahətdə olarkən, onun məşq etməsi olacaq. Biz Bakıya qayıtdığımız zaman digər futbolçular 3 günlük istirahətə yollanacaqsa, Mbilla məşq edəcək. O, komanda yoldaşları ilə olan fərqi aradan qaldırmalıdır.
- Toplanışa qatılmaqdan imtina edən malili yarımmüdafiəçi Sadio Tounkara haqda son yeniliklər nədən ibarətdi?
- Bu barədə heç bir məlumatım yoxdur. Mənim bildiyim odur ki, müqaviləsi olduğu halda heyətə qoşulmur. Bu məsələ rəhbərlik tərəfindən araşdırılır. Mənə görə, Sadio önəmli bir futbolçudu və əgər mümkünsə, biz onu itirməməliyik. Bir futbolçu önəmli ola bilər, amma klub ondan daha önəmlidi. “Xəzər Lənkəran”ın prinsipləri tək Sadio Tounkara üzərində qurulmayıb. Futbolçu nə qədər güclü olsa da, bir komanda qədər dəyərli deyil. Həmçinin, futbolçular bunu dərk etməlidi və komandasına hörmətlə yanaşmalıdır. Bu vacib amildir. Belə olan halda, klubuna bağlılıq göstərməyən oyunçunun arxasından kimsə “ağlamaz”. Hər kəs gəlib gedər, amma komanda qalar. Hamımız bunu dərk edirik. Sadio isə yaxşı futbolçudu və komandamız xidmətləri olub. Əgər gələrsə, yenə ola bilər.
- Bütün hazırlığı iki gənc qapıçı ilə keçirdiniz. Komandanıza yeni qolkiper gələcək, yoxsa?
- Xaricdə olduğum üçün rəhbərliklə görüşə bilmədik. Amma bir neçə namizəd var idi. Onların keçidi baş tutmadı. Çünki şərtlərdə razılığa gələ bilmədik. Artıq təlim-məşq toplanış başa çatdı və biz Bakıya dönürük. Rəhbərliklə görüşəcəyəm və ilk söhbətimiz elə qapıçı haqqında olacaq. Bu məsələ haqqında danışıb namizədlər arasından birini seçməliyik.
- Neçə namizədiniz var?
- Onu rəhbərlikdən soruşun.
- Legionerdi, yoxsa yerli?
- Legioner olacaq. Azərbaycanlı qapıçılardan birini transfer etmək üçün çox çalışdıq. Amma yerli qolkiper alınmadı. Burada da yerli futbolçu tapmaq çətindir.
- Müdafiənin sağ cinahında da müəyyən boşluqlar var. Ola bilər ki, həmin mövqedə Tural Cəlilovla birlikdə Rahid Əmirquliyev də oynasın?
- Bizim daha çox alternativlərimizin olması lazımdır. Komandada elə futbolçular var ki, bir neçə mövqedə oynaya bilirlər. Əlimizdəki heyətdən lazımi səviyyədə istifadə etmək üçün hazırlıqlarda futbolçuları ayrı-ayrı mövqelərdə sınadıq. Tural müdafiənin sağında oynayır. Lazım olduqda burada Rahid oynayacaq və mərkəzdə başqa futbolçulara yer verəcəyik. Futbolda belə bir şey yoxdur ki, bir futbolçu mütləq öz mövqeyində oynamalıdır. Biz hər kəsi başqa yerlərdə oynada bilərik. Bunların üzərində işləmişik. Rahid mərkəzdə nə qədər komandaya xeyir verirsə, müdafiədə də oynayarkən bir o qədər xeyir verə bilər.
- Qapı xətti istisna olmaqla, deyə bilərsinizmi hansı mövqe sizin istədiyiniz səviyyədədi?
- Ümumilikdə baxdıqda mövqeləri fərqləndirmək olmaz. Qapı xəttində problem var və bu mütləq yoluna qoyulacaq. 23 yaşlı yerli futbolçu limitinə görə Orxan Sadıqlı bizim hər zaman oynayacaq qapıçımızdır. Daha belə bir futbolçumuz var. Ağabala Ramazanov da komandaya hər zaman xeyir verəcək. Yeni gələn qolkiper Orxanla mübarizə aparmalı olacaq. Hər ikisi zaman-zaman meydana çıxacaqlar. Bu məsələdə bir problem olmayacaq. Elnur Cəfərov, Kazım Kazımlı, Bəhruz Teymurov, Elvin Mirzəyev, Tərlan Qasımzadə kimi gənc futbolçular da bizimlə məşq etdilər. Onlar xeyli irəliləyişə nail oldular. Mən həmi oyunçularla söhbət etdim və bildirdim ki, siz uzun müddətli bir proqrama daxilsiniz və daim hazırlaşın. Bunlara Kamran Abdullazadə də daxil olacaq. Əvəzedici komandadan daha bir neçə futbolçunu ayırıb onlara xüsusi məşqlər etdirəcəyik. Əvəzedici və U-19 komanda əsas heyətə bağlı çalışacaq. Oradakı oyun anlayışını da əsas komanda səviyyəsində tutmaq istəyirik. Məşqçiləri də həmişə bizimlə birlikdə işləyəcək. Müdafiədə ciddi bir problem yoxdur. Oyun baxımından problemlər hər komanda da olur. Bu bizdə də var. Çalışmalara davam edir. Rəqibə daha yaxın oynamaq, məsafəni az tutmaq və bir neçə belə çatışmazlıqlar üzərində işləyəcəyik. Məncə, biz çox yaxşı müdafiə xəttinə malik komandayıq. Çünki arxa xətdə oynayan futbolçular topu oyuna yaxşı daxil edə bilirlər. Yarımmüdafiə xəttində isə alternativlərimiz çoxdur. Rauf Əliyev, Rəşad Sadiqov, Əfran İsmayılov və Aleksandr Şemonayevin komandaya gəlməsi bizə güc qatdı. Ən ciddi problemimiz yerli futbolçular idi ki, bunu da həll etdik. Yerli futbolçu problemini belə keyfiyyətli oyunçularla həll etməmiz üstünlüyümüz oldu. Onlar bizim ən böyük transferlərimizdir. Çünki azərbaycanlı futbolçular komandada böyük önəm kəsb edir.
- Əfran İsmayılov təlim-məşq toplanışına qoşula bilmədi. Oyun təcrübəsi qazanmaq üçün onun əvəzedici heyətə göndərilməsi mümkündürmü?
- Bu, böyük problem deyil. Onun fiziki gücünü bərpa etməsi komanda üçün vacibdir. Həmçinin, bir neçə müddətdir məşq etmirdi. Buna görə də Əfranı çox da riskə atmadan əvəzedici heyətə göndərə bilərik. Bunun ona faydası toxunacaq. Hamısına qarşıdakı günlərdə buna qərar verəcəyik.
- Artıq Topaz Premyer Liqasının başlamasına çox az vaxt qaldı. İlk turda AZAL-la üz-üzə gələcəksiniz. Komandanızdan nə gözləyirisiniz?
- Çempionatın ilk oyunları həmişə çətin olur. AZAL-la ötən mövsüm keçirdiyimiz oyunları heç unutmadım. Xüsusən də Şüvəlanda 2:2 hesabı ilə bitən matçı. Rəqiblər heç biri asan deyil. Oyunların avqust ayında oynanılması da çətin olacaq. Çünki havalar çox istidir və həmçinin biz süni örtüklü stadionda onlarla qarşılaşacağıq. Mövsüm yeni başlayır və AZAL-da yeni transferlər etdi. Ümumiyyətlə, heç bir rəqibi kiçiltmək istəmirəm. Bütün oyunlar çətin keçəcək. Hər bir komanda bizim üçün çox önəmli rəqib olacaq. Hamısına hörmət edirik. Amma biz “Xəzər Lənkəran”ıq və AZAL-la oyunu qazanmalıyıq.
apasport.az
< br/>
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Qərəz, sifariş, yoxsa şəxsi maraq?
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- Milli Məclisdə Azərbaycan futbolunun müzakirəsi
- Kölgədən qorxanlar
- “Neftçi” üçün yeni sponsor - RƏSMİ
- Qara Qarayev: “İdmançı kimi, insan kimi keçdiyim yolda bu şeyləri haqq etmirəm”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Qara Qarayevin “Araz-Naxçıvan”la imzalayacağı müqavilənin müddəti məlum oldu
- Elmar Baxşıyev: “Onun həm insani, həm də futbolçu keyfiyyətləri məni qane edir”
- "Sonda absurd qol buraxdıq"
- “Qarabağ” - “Ayaks” oyunundan əvvəl konsert olacaq
-
15:45
Millət vəkili: “De Byazi Santuşdan daha yaxşı məşqçi idi”
-
14:52
"Kəpəz"in futbolçusu əməliyyat olundu
-
14:33
AMADA-nın nümayəndə heyəti Ümumdünya Antidopinq Agentliyinin iclasında iştirak edib
-
14:17
"Sumqayıt" "Şamaxı" ilə oyunun hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:28
İlham Yadullayev: "Millimizin futbolçuları rəqiblərdən geri qalmırdılar"
-
13:01
Minifutbol üzrə ölkə çempionatı: 3 oyunda 20 qol
-
12:34
Elxan Abdullayev: "Buraxdığımız ikinci qol tamamilə gözlənilməz oldu"
-
11:46
Azərbaycan yığması EEVZA çempionatında iştirak edəcək
-
11:13
Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub FOTOLENT
-
10:55
Mərkəzi oyunu FİFA referiləri idarə edəcək
-
10:39
Mingəçevirdə üzgüçülük məşqçiləri üçün təlim keçirilib
-
10:22
Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
-
09:58
Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
-
09:47
"Kəpəz"in legioneri: "Yaxşı işləyirsənsə, nəticəsi olacaq”
-
09:30
"Qəbələ" 20:0-lıq qələbə
-
18:04
Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib
-
17:46
“Turan Tovuz”dan COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə FOTOLENT
-
17:17
"Şamaxı"nın məşqçilər korpusunda ayrılıq
-
16:52
Ramon Maçado: “Araz-Naxçıvan”ın ikinci yerdə olması bizim üçün də sürprizdir”
-
16:33
Patrik Vieyra rəsmən İtaliya klubunda
-
16:20
Amerikalı legioner: "Bakı mənə çox doğma gəlir"
-
15:58
"Komandada çox yaxşı atmosfer var"
-
15:11
"Qarabağ" - "Lion" oyununa nə qədər bilet satılıb?
-
14:45
Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
-
14:24
Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
-
14:06
Millimizə 4 qol vuran hücumçu: "Təbii ki, bundan həzz alırsınız"
-
13:53
Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
-
13:32
Nazir: "MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına ayrıca vəsait ayrılır"
-
13:17
Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
-
12:49
XIV turun hakim təyinatları
-
12:20
Argentina 3 xalı tək qolla qazandı VİDEO
-
11:58
Milli Məclisin komitə sədri: "Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı"
-
11:13
Braziliya öz meydanında büdrədi VİDEO
-
10:46
"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq
-
10:25
Rauf Məmmədov Dünya Kubokuna vəsiqə qazanıb
-
10:04
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb
-
09:51
"Barselona" 137 milyonluq səhifəsində Laportanın Bakıya səfəri ilə bağlı video paylaşıb
-
09:39
Yankoviç Türkiyə ilə oyunda məhsuldar ötürmə müəllifi oldu VİDEO
-
09:27
Əliyar Ağayev Bosniya və Herseqovina - Niderland matçını idarə etdi
-
09:12
İsveç millimizi topa tutdu VİDEO
-
01:40
Azərbaycan millisindən biabırçı nəticə - D Liqasına düşdük
-
01:36
Millimiz darmadağın oldu
-
21:39
"Neftçi"nin futbolçusu millidə dubl etdi
-
19:12
“Sumqayıt”dan azarkeşlərə jest: 75 illik münasibəti ilə giriş biletsiz olacaq və fan-zona təşkil ediləcək VİDEO
-
18:53
Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib
-
18:27
Basketbol millimiz İrlandiyaya yola düşüb
-
18:08
"Əsas məqsədimiz Azərbaycan çempionu olmaqdır"
-
17:45
“Forbes” “Qarabağ”ın keçirdiyi tədbirdən yazdı
-
17:30
Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
-
17:16
U-19 da qrup sonuncusu oldu