14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Neftçi” “Sloveniya sindromu"na son qoydu

Avroliqanın II təsnifat mərhələsində “Neftçi” Sloveniyanın “Koper” klubunu mübarizədən kənarlaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, bununla da “ağ-qaralar” Azərbaycan klubları üçün uğursuz olan ənənəyə son qoyub. Buna qədər təmsilçilərimiz 4 dəfə Sloveniya klubları ilə üz-üzə gəlsələr də, heç bir halda mərhələ adlamaq mümkün olmamışdı. Nəhayət, “Neftçi” özünün 3-cü, ümumilikdə isə 5-ci cəhddə bu ənənəyə son qoyub.

İlk dəfə 2000-01 mövsümündə UEFA kubokunun I təsnifat mərhələsində “Neftçi” öz meydanında “Hit-Qoritsa”nı 1:0 hesabı ilə məğlub etsə də, cavab oyununda rəqibinə 1:3 hesabı ilə uduzub.

Növbəti mövsüm UEFA kubokundakı hər iki təmsilçimizin rəqibi Sloveniyadan olub. “Neftçi” 1 il əvvəl olduğu kimi yenə “Hit-Qoritsa” ilə bacarmayıb - 0:0 və 0:1. “Şəfa”nın çıxışı isə daha bərbad olub. “Olimpiya” “Şəfa”nı əvvəlcə 4, daha sonra isə 3 cavabsız qolla üstələyib.

2012-13 mövsümündə isə Avroliqanın I təsnifat mərhələsində “Mura” “Bakı”nı mübarizədən kənarlaşdırıb. Bakıdakı oyunda qapılara qol vurulmayıb. Sloveniyada isə “Mura” “Bakı”ya şans tanımayıb - 0:2. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31