21 Avqust 2026, Cümə
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi

Ölkə futbolu

AZAL növbəti transferini rəsmiləşdirdi

Yeni mövsümə hazırlıqlarını Boluda davam etdirən AZAL heyəti gücləndirmək yolunda daha bir addım atıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “təyyarəçilər” bolqar yarımmüdafiəçi Tomi Kostadinov ilə münasibətləri rəsmiləşdirib. 23 yaşlı hücumameyilli xavbek ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tomi buna qədər vətənində Sofiya ÇSKA-sı, “Bdin”, “Çavdar” və Yunanıstanda “Xanya” klublarının şərəfini qoruyub. Kostadinov Bolqarıstan gənclər yığmasında (U-21) 5 oyuna 1 qol vurmağa da nail olub.

Müqavilə bağladıqdan sonra Tomi klubun rəsmi saytına ilk açıqlamalarını verib: “AZAL ilə müqavilə imzaladığıma görə çox şadam. Bura azarkeşlərə xoş anlar yaşatmaq üçün gəlmişəm. Komandam ilə qələbə qazanmaq üçün meydanda var gücümü oyacam. Qələbə üçün hər şeyimi verməyə hazlram. Yaxşı mövsüm keçirib avrokuboklara qatılmaq istəyirik. Ümid edirəm ki, sonda istəyimizə çata biləcəyik”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31