14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Hüseyn Cəbrayıloğlu: “Bu 5 nəfər artıq “Xəzər Lənkəran”ın futbolçusudur”

Transfer çalışmalarını davam etdirən “Xəzər Lənkəran” son günlər ümumilikdə 5 futbolçuyla razılıq əldə edib. Bu haqda Futbolxeber.az saytına hazırda Sloveniyada olan “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: “Komandamız transfer çalışmalarını davam etdirir. Son olaraq Rauf Əliyev və Əfran İsmayılovla razılıq əldə olunub. Yalnız rəsmi müqaviləyə imza atmaq qalıb. Onlarla 2 illik müqavilə imzalanacaq. Bu iki nəfərdən başqa Qalin İvanov, Fernando Gabriel və Alfred Sanko ilə də razılıq əldə edilib. Bu 5 nəfər artıq “Xəzər Lənkəran”ın futbolçusudur. Vətənə qayıtdıqdan sonra yeni transferlərin hamısı ilə rəsmi müqavilə imzalanacaq”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31