2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın oyununu İspaniya - Çili matçının baş hakimi idarə edəcək

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Valletta” - “Qarabağ” matçının baş hakimi Adrian Jakottet olacaq. Futbolxeber.az-ın məlumatına görə, isveçrəli referi 1983-cü ildə Bazeldə anadan olub. 6 dil bilən (alman, fransız, katalon, ispan, italyan, ingilis) 31 yaşlı referi 2012-ci ildən FİFA hakimi statusunu daşıyır. İxtisasca vəkil olan Jakottet bu günə kimi nə millimizin, nə də klublarımızın oyununu idarə edib. Onun yolu maltalılarla da kəsişməyib.

“Valletta” - “Qarabağ” matçı isveçrəli referinin Çempionlar Liqasındakı debütu olacaq. O, ötən il “Barselona” - “Ayaks” (4:1) və “Real Soseydad” - “Bayer Leverkuzen” (0:1) matçlarını idarə etsə də, bu qarşılaşmalar gənclər arasında keçirilən ÇL-ə təsadüf edib.

Bu günə kimi Avroliqada 3 oyun idarə edən isveçrəli hakim son olaraq 8 gün əvvəl “Ruseborq” - “Jelqava” görüşündə ədaləti qoruyub. Özü də onun baş hakim olduğu avrokubok oyunlarının hamısında meydan sahibləri qalib gəlib.

Maraqlıdır ki, Jakottetin idarə etdiyi beynəlxalq oyunlarda yalnız 1 heç-heçə qeydə alınıb. Bu, ötən il sentyabrın 10-da keçirilən İspaniya - Çili matçına təsadüf edir. Həmin yoxlama görüşü 2:2 hesabıyla başa çatıb.

 

    








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28