3 Avqust 2026, Bazar ertəsi
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi

Ölkə futbolu

“Tiraspol”un baş məşqçisi Futbolxeber.az-a verdiyi sözün üstündə durmadı

“Tiraspol”un baş məşqçisi Vlad Qoyan sözünün üstündə durmayıb. Belə ki, Tiraspol klubunun baş məşqçisi hələ püşkatmadan sonra onunla əlaqə saxlayan Futbolxeber.az saytının əməkdaşına telefonla müsahibə vermədiyini, Bakıda oyundan əvvəl sualları üzbəüz cavablandıracağını vəd etmişdi. Lakin Qoyan vədinə əməl etməyib. Hazırda “Şəfa” stadionunda oyunöncəsi məşqdə olan 43 yaşlı mütəxəssis matçdan əvvəl danışmaq istəmədiyini bildirib. Əməkdaşımız “Tiraspol”un mətbuat katibi Vadim Kolçevə Qoyanın vədini xatırlatsa da, klub rəsmisi “bəlkə, oyundan sonra danışar” deyib.

 

    

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31