5 Fevral 2026, Cümə axşamı
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

"Şiroki Briyeq" - "Qəbələ" matçında təmsilçilərimiz üçün uğursuz hakim

Xəbər verdiyimiz kimi, Avroliqanın birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Şiroki Briyeq" - "Qəbələ" matçını idarə edəcək hakimin adı artıq bəllidi. Qarşılaşmada ədaləti slovakiyalı referi Vladimir Vnuk qoruyacaq.

Futbolxeber.az-ın məlumatına görə, Vnuk bu günə kimi 3 dəfə Azərbaycan millisinin oyunlarını idarə edib. Amma bu oyunlarda millimiz nəinki qələbə qazanıb, heç qol belə vura bilməyib.  

2009-cu ildə U-17-lər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Lüksemburq (0:0) və Xorvatiya - Azərbaycan (3:0) görüşlərini Vnuk idarə edib.

1 il sonra slovakiyalı referinin yolu yenidən U-17 millimizlə kəsişib. Bu dəfə onun idarə etdiyi görüşdə yığmamız Portuqaliyaya 0:2 hesabı ilə uduzub. Bu 3 oyunda Vnuk millimizin üzvlərini 8 dəfə sarı vərəqəyələ cəzalandırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28