Ölkə futbolu
Futbol, sadəcə, futbol deyil
“Futbol+” qəzetində tanınmış idman jurnalisti Anar Şabanoğlunun Braziliyaya səfərindən hazırladığı yazı dərc olunub. Yazını kiçik ixtisarla təqdim edirik.
İKİ HƏYAT
Braziliyanın gözəlliyi bayrağından başlayır. Amma ilkin təəssürat heç də hər şeyin bayraq üzərində yazıldığı kimi düzənli və tərəqqidə olmadığını işarə edirdi. Rio de Janeyronun “Galeo” hava limanına Moskvadan 19 saatlıq uçuşdan sonra ilk gördüyüm mənzərələr məni həvəsdən salırdı. Hava limanında bu şəhərdə DÇ-nin keçirildiyi haqda heç bir nişanə yox idi. Taksiylə otelə gedərkən gordüyümüz gecəqondular - favellalar (buraları ölüm məhəllələri də adlandırırlar) isə insanların olduqca ağır yaşayışından, bunun nəticəsində meydana gələn kriminal ünsürlərdən riskli bir səyahətə girişdiyimdən xəbər verirdi. Uşaq vaxtı Braziliya seriallarında gördüyümüz favellalara "ölüm məhəllələri" deyilməsinin əsas səbəbi burda yaşayan narkotik alverçilərinin tez-tez bir-birini qırmasıdı.
Qalan əhali isə adi kasıb həyatını sürür və yaradıcı insanlar üçün bura əslində yetərincə romantik bir məkandı, neçə-neçə dahi futbolçu məhz favellalardan çıxıb və hələ neçəsi də çıxacaq.
Kopakabanadakı otelə çatanda amansız yağışa baxmayaraq, insanların tam başqa səviyyədə yaşadığını gördüm. Sonra oyrəndim ki, Kopakabana Rionun elit rayonlarından sayılmır. Heç dünyanın ən məşhur çimərliyi də riolular və ya öz təbirlərincə desək, kariokalar üçün ön sırada deyil. İpanema və Leblon çimərlikləri Rionun zadəganlarının məskən saldığı ərazilərdə yerləşdiyindən daha sanballı sayılır. Hər şeyə rəğmən, turistlərin cənnəti saysız-hesabsız futbol, voleybol meydançaları və bəm-bəyaz qumuyla öyünən Kopakabanadı. Braziliyada Rionu mocüzəvi şəhər adlandırırlar. Rio gerçəkdən möcüzəvidi! YUNESKO-nun ümümdünya irsinə daxil edilən möhtəşəm obyektlərini - dünyanın yeni yeddi möcüzəsindən biri sayılan İsa Məsihin heykəlini, dünyanın ən məşhur çimərliyi Kopakabananı, Qənd dağını çoxları tanıyır. Hər il dünyanın karnaval mərkəzinə çevrilən sambadromu, bossanovası, kapoeyrası və dünyanın ən gözəl qızları… Rio futbolla heç maraqlanmayan insanlar üçün də çox maraqlı şəhərdi.
“MARAKANA”
Futbol Braziliya üçün ikinci dindisə (mənə görə birinci), “Marakana” dünyanın ən birinci kilsəsidi. Burda qırılması mümkünsüz rekordlar gerçəkləşib: Uruqvayla DÇ-nin final matçında tribunalara 200000 tamaşaçı toplaşıb, Pele 1000-ci qolunu vurub, bakılı Anatoli Banişevski Braziliya yığmasının qapısına qol vuran ilk sovet futbolçusu kimi 30 metrdən baş zərbəsi endirib. Yeri gəlmişkən, stadionun rəsmi adı “Estadio Jornalista Mario Filho”du. Marakana çayının yanında yerləşən arena məhz ötənlərin jurnalistinin nüfuzu və inadı sayəsində araya-ərsəyə gəlib. Bu stadionun bir başqa əfsanəsi də var - 1950-ci ildə Uruqvayla oyunda “selesao”nun qapısını qorumuş Moasir Barbosa. Deyilənə görə, həmin gün hələ tribunada neçə-neçə braziliyalı ürəktutmasından vəfat edib. Oyundan sonra isə saysız-hesabsız adam komandalarının məğlubiyyətini sinirə bilməyərək intihar edib.
Təəssüf ki, Braziliyada yığmanın istənilən DÇ-də ugursuz çıxışından sonra özünü öldürmək halları geniş yayılıb.
TOFİQ DAYININ ARZUSU
Məncə, bir müsəlman üçün Həcc ziyarəti nədisə, bir futbol azarkeşi üçün də Braziliyada keçirilən futbol üzrə DÇ-də “Marakana”nı görmək odu. Burda izlədiyim Belçika - Rusiya matçının təşkili çox yüksək səviyyədə idi. İndiyə kimi gördüyüm ÇL finalı, “Nou Kamp”, “Amsterdam Arena”, “Alyans Arena” və başqa möhtəşəm stadionlardakı oyunlarla heç müqayisəyə gəlmirdi. İnsanlar üçün müxtəlif əyləncələr, şəkil çəkdirmək üçün müxtəlif maraqlı yerlər, oyundan əvvəl və sonra yeyib-içmək istəyənlər üçün hər cür şərait yaradılmışdı. “Coca-Cola”, “Budwaiser”, “Sony” və başqa dünyaca ünlü şirkətlər orijinallıq yarışına girmişdi. “Johnson&Johnson” isə kimsəsiz braziliyalı uşaqlara kömək məqsədilə çoxlu hədiyyə hazırlamışdı və qonaqlardan bu hədiyyələrə braziliyalı uşaqlara ürək sözlərini yazıb, öz adından və gəldiyi ölkənin adından yeşiyə atmagı xahiş edirdi. Oyunda mənim üçün ən yaddaqalan məqam DÇ-ni izləməyə Bakıdan gedən həmvətənim Tofiq dayı oldu. Sən demə, “Marakana”nı görmək onun da ən böyük arzusu imiş və oğlanları Əsgərlə Çingiz bu arzunu gerçəkləşdirib. Oyundan öncə Tofiq dayının Bakıdan gətirdiyi bayrağımızla şəkil çəkdirəndə söylədiyi sözləri heç vaxt unutmaram: "Deyirlər SSRİ dövründə belə yaxşi yaşamışıq-filan, vallah, bu bayrağı görürəm, tüklərim biz-biz olur, bu hissləri yaşamaq, müstəqilliyimiz nəyə desən, dəyər. İnaniram ki, mən görməsəm də, siz nə vaxtsa müstəqil Azərbaycanın DÇ-nin finallarında iştirakını görəcəksiz. Bəlkə də elə bu stadionda…"
Sonradan bildim ki, Tofiq dayının Çikaqoda yaşayan oğlu Çingiz sevimli həmkarım Şəmsəddin Abbasovun ən yaxın dostudu. Necə deyərlər, dünya dardı. Həmin gün “Marakana”nın yaşıl meydançasında da Azərbaycan əsilli bir futbolşu vardı - Aleksandr Səmədov. Oyundan öncə matça "böyük qardaşlarla" russayagı hazırlaşarkən arzum bu oldu ki, Saşa qol vursun, Rusiya isə qazansın. Amma Kapellonun yetirmələri Şifo nəslindən sonra ən istedadlı belçikalılar qarşısında aciz qaldı.
KOPAKABANA + GƏDƏBƏY = LOVE
“Marakana”ya və başqa stadionlara düşə bilməyənlər isə oyunları xüsusi ayrılmış, “FİFA Fan Fest” adlanan yerlərdən izləyirdi. Rioda bu yer Kopakabana çimərliyində idi və heç də “Marakana”dan maraqsız deyildi. Argentina - İran oyunu zamanı çoxluq təşkil edən cənubi amerikalılarla farslar savaşarkən Rioda olan gədəbəyli uşaqlar Ruslanla İsmayıl fürsətdən istifadə edib Kopada “Fan Fest”in yanında “Gədəbəy” yazmışdı, həmin fonda şəkil çəkdirdim. Klublarımız Braziliyadan futbolçu alanda deyirlər bunları çimərlikdən tutublar. İnandırım sizi ki, Kopakabanada gördüyüm futbol oyanayan braziliyalılar bizim yığmada və klublarda oynayan futbolçulardan qat-qat texnikalı idi. Bizim çimərliklərdə də futbol oynamaq üçün ordakı şərait yaradılsa, əla olar. Çünki çimərlikdə texnikanı yüksək səviyyəyə çatdıran uşaqlar klublara gələndə artıq onlarla yalnız fiziki və taktiki hazırılıq üzrə işləmək qalır. Çimərlikdə ayaqla volleybol oyunu da populyardı. Tam səmimi deyirəm: bizim kişi voleybolçular əllə oynadığından braziliyalılar voleybolu ayaqla daha yaxşı oynayır. Yaşayış binalarının qarşısında da 24 saat boş qalmayan saysız-hesabsız meydançalar var. Bundan başqa, mən çoxdan demişəm ki, dünyada az-çox tanınan heç olmasa, bir futbolçu yetişdirmək üçün braziliyalılarla qanımızı qarışdırmalıyıq. Daha bir nümunə “Borussiya”lı Mxitaryandı, o 14 yaşında “San Paulu”nun akademiyasında Braziliya yığmasının hazırkı ulduzu Oskarla bir yerdə olub. Bizim istedadlı uşaqları da Braziliya klublarına göndərsələr, bunun çox xeyri dəyər.
Rioda mənim üçün tapmaca qalan olaylardan biri isə yerli əhalinin ayri-ayri vaxtlarda iki dəfə bizi görəndə "salam qardaş, cimbombom" demələri idi. Hərçənd bu zaman üstümüzdə Azərbaycan və Türkiyəyə aid heç bir atribut yox idi…
Yeri gəlmişkən, “Rio Sul” ticarət mərkəzində üzərində Karlos Alberto Torresin şəkli olan futbolka bizim pulla 50 manata satılırdı. Ölkəmizə çimərlikdən gələnlər bir yana, amma Torres Braziliya üçün doğrudan da əfsanədi!
FUTBOL, SADƏCƏ, FUTBOL DEYİL
Daha sonra Braziliyanın paytaxtı Braziliyaya üz tutdum. Burda Mane Qarrinçanın adını daşıyan milli stadionda Braziliya - Kamerun oyununu seyr etdim. Qarrinça talecə yuxarıda xatırlatdıgım Banişevski ilə çox oxşardı. Qarrinçanı tarixin ən texnikalı futbolçusu sayanlar az deyil, buna görə yerli əhali ona "xalqın sevinci" ləqəbini verib. Braziliya millisinin oyunundan zövq almamaq mümkünsüzdü. Futbol azarkeşlər üçündü. İndi “avtobus “taktikası dəbə minib, bir vaxtlar “katenaçço” deyirdilər, bu futbol deyil. Bütün dünyada braziliyalıları məhz texnikalı və gözəl oyuna görə sevirlər. Braziliya - Kamerun oyunundan ən yadımda qalan məqam himnlər səslənərkən bir asiyalı azarkeşin telefonuyla meydançanı çəkə-çəkə ağlaması idi. Bu səhnəni milyonlarla adam televiziyadan seyr etdi. Həmin an mən də özümü saxlaya bilmədim. Yanımda olan, futboldan anlamayan həmyerlim mənə böyük təəccüblə baxırdı. Həmin asiyalıyla məni birləşdirən bir dəyər var - futbol. Kopakabana çimərliyində bir dəqiqə top qovmaq üçün məsafədən asılı olmayaraq, nə qədər imkanım olsa, gedərəm Braziliyaya. Allah qismət etsə, 2016-da da mütləq gedəcəm Rioya - Olimpiya Oyunlarına. Amma Braziliyadan gələndən o asiyalını unuda bilmirəm və hər yadıma düşəndə tüklərim biz-biz olur, gözlərim dolur.
Son günlər gündəmi zəbt edən Günel Mövluda demək istəyirəm ki, "Futbol, sadəcə, futbol deyil" və o Saymon Kuperin eyniadlı kitabını oxusa, sevinərəm. Kimlərə görəsə futbol mənasız oyun, futbol sevgisi axmaqlıq ola bilər, amma mənə görə istənilən halda futbolu təbliğ etmək alkoqolizmi, fahişəliyi, narkomaniyanı, mənəviyyatsızlığı təblig etməkdən daha yaxşıdı. Odu ki, futbolu sevin!
Anar ŞABANOĞLU
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- Berdıyevdən mini master-klass
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- Cenk Sümer: “Banişevskinin xatirəsini yaşatmaq hər bir “Neftçi”sevərin borcudur”
- “Neftçi” Banişevskinin məzarı önündə
- Futbolumuzun fərsiz övladı
- Kurban Berdıyevdən qələbə şərhi
- “Turan Tovuz” Qəbələdə böyük hesablı qələbə qazandı
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- Tiaqo Silva: “Turan Tovuz” daha aqressiv və istəkli idi”
-
23:52
İsgəndər Cavadovdan “Dinamo”ya dəstək
-
18:41
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
-
17:00
II Liqada 19-cu tura start verildi
-
14:15
AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
-
13:37
Orxan Məmmədov: “Sahibkarların minifutbola marağı artıb"
-
12:56
Güləş yığmalarımız mühüm yarışlara hazırlaşır
-
11:28
Boksçularımız Debretsendə 4 medal qazanıblar
-
11:02
"Roma" 3 xalı tək qolla qazandı VİDEO
-
10:49
Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”
-
10:13
"İnter" səfərdə xal itirdi VİDEO
-
09:54
Mövsümdə 3-cü, “Neftçi”də 23-cü, tarixdə 110-cu
-
09:31
Madrid derbisini "Real" qazandı VİDEO
-
11:36
Futzal millimizin toplanışına 18 oyunçu dəvət alıb
-
11:19
PSJ-dən 4 qollu qələbə VİDEO
-
11:00
Zamiq Əliyevin komandasından heç-heçə
-
10:43
"Çelsi" "Everton"la bacarmadı VİDEO
-
10:25
Cəlalın komandası səfərdə coşdu
-
10:12
"Bavariya"dan darmadağın VİDEO
-
09:54
Qərəz, yoxsa antipatiya? - YAZI
-
09:37
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:36
Axundzadə MLS-də debüt etdi
-
19:23
"Turan Tovuz"dan növbəti qələbə VİDEO
-
18:59
Kurban Berdiyev: “İddialı danışmaq üçün hələ çox tezdir”
-
18:41
Sxadadze: “Məsuliyyətdən qorxmuram”
-
18:17
Mahir keçmiş komandasına qarşı oynadı
-
18:00
“Turan Tovuz”dan vacib qələbə
-
17:22
Hidayət bürünc medal qazandı
-
13:35
Ruan Renato: “Şans verilsə, Azərbaycan millisində oynamağa hazıram”
-
12:48
"Milan"da ciddi itki
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
-
14:00
Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
-
13:42
Millimizə 27 futbolçu dəvət aldı
-
12:38
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
-
12:23
Basketbol millimiz Türkiyədə bürünc medal qazanıb
-
11:49
“Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
23.03.2026
22.03.2026
21.03.2026
20.03.2026























