Ölkə futbolu
Ramin Musayev: "Adım, soyadım mətbuatda qıcıq yaradır"
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin müsahibəsi
- 2 iyul nə günüdür?
- Peşəkar Futbol Liqasının yaranmasından 6 il keçir.
- Bu gün başqa əlamətdar hadisə ilə də qeyd olunur…
- Ramin Musayevin xəstəxananı tərk etməsi günü? (gülür)
- 1924-cü ilin iyulun 2-də Fransanın paytaxtı Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. Məhz həmin gündən 90 il keçir. O vaxtdan iyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
- Eləmi? Təbrik edirəm.
- Təbrik qarşılıqlıdır. Bu 6 il ərzində PFL prezidenti kimi hansı vacib işi həyata keçirə bilməmisiniz?
- Vallah, çox şey etmək istəmişəm. Amma etmək istədiklərimdən alınmayanı da olub, alınanı da. Hazırda Türkiyə Futbol Federasiyası ilə danışıqlar gedir. Danışıqlara əsasən, azərbaycanlı futbolçular Superliqada, türkiyəlilər isə Topaz Premyer Liqasında oynayacağı təqdirdə legioner statusu daşımayacaqlar. Bunun üzərində iş aparırıq.
- Bu məsələ nə vaxt reallaşa bilər?
- Allahın köməkliyi ilə bu həftə həll olunmalıdı. Çalışırıq ki, bu mövsümə həmin qayda tətbiq edilsin.
- Fəaliyyətiniz dövründə hansı kluba qarşı hakim ədalətsizliyi daha çox olub?
- Hazırda dünya çempionatı gedir. Özünüz də görürsünüz ki, mundialda nə qədər hakim səhvləri olur. Əsas odu ki, hazırda aramızda qərəzli səhvlərə yol verən hakimlər yoxdu. Bunu tam əminliklə deyirəm. Ancaq hər bir kluba qarşı səhvlərə yol verilib. Səhvsiz hakimlik mümkün deyil. Məncə, klublardan soruşmaq lazımdır ki, bizim işimizdən razıdırlarmı? PFL yarananadək ölkənin klub reytinqi 108-ci yerdə idisə, bu gün 43-cü pillədədi. Təbii ki, bunda PFL-in zəhməti var. Əfsuslar olsun ki, bunu mətbuat işıqlandırmadı. Ancaq bunu elə özümüz qeyd etdik. Bilmirəm, nəyə görəsə bu haqda yazmadılar. Yəqin, Ramin Musayev olduğuma görə işıqlandırmaq istəmədilər.
- Ramin Musayev personasının mətbuatda qıcıq yaratdığını düşünürsünüz?
- Bəli, belə çıxır ki, adım, soyadım mətbuatda qıcıq yaradır. Başqa nəyə görə ola bilər ki? Halbuki, 1 komandamız yoxlama oyununda 1:0 hesabı ilə qalib gəlir və ya heç-heçə edirsə, onu elə işıqlandırırlar ki... Amma ötən il dünya reytinq sıralamasında birdən-birə çempionatımız 60 pillə irəlilədi, rekord vurdu...
- Saytımız bu haqda xəbər yazıb...
- PFL-in rolunu qeyd etmədiniz. Halbuki, PFL-in əziyyəti olmasa, bu yerə qalxmarıq. Yəni, bunu mən şərt kimi demirəm. Sizin sayta, rəhbərliyinizə böyük hörmətim var. İnsan uman yerdən küsər. Ancaq tarix tarixdi. Ramin Musayevin yerinə bir başqası, İvan Petrov gəlsə də, onsuz da bu uğur bizim adımıza yazılacaq. Mən tərifin əleyhinəyəm. Ancaq ən azından görülən işləri danmaq olmaz.
- Bu gün həm sizin, həm də idman mediası üçün əlamətdar gündü. PFL prezidenti kimi, kənardan baxanda idman mətbuatı necə görünür?
- Topaz Premyer Liqasına uyğun jurnalist azdı. Yəni, eləsi var ki, nəyinsə xətrinə jurnalistlik edir, amma eləsi də var ki, adam onun saytını oxuduqca ləzzət alır (gülür).
- Sabahdan komandalarımız avrokuboklara start verəcək. Şanslarımızı necə dəyərləndirirsiniz?
- Dünya çempionatının oyunlarına baxandan sonra adam proqnoz verməyə çəkinir. Yalnız deyə bilərəm ki, ötənilki ilə müqayisədə bu dəfə püşkatma bizim üçün düşərli oldu.
- “Qəbələ”nin rəqibi “Şiroki Briyeq” sizə yaxşı tanışdı...
- Bəli. Bu komanda ilə mən “Neftçi”də vitse-prezident işləyən vaxt qarşılaşmışıq. Səfərdə 1:2 uduzsaq da, Bakıda 1:0 hesabı ilə qalib gəlib mərhələ keçmişdik.
- “Şiroki Briyeq” məhz “Neftçi” ilə qarşılaşdığı 2004-cü ildən bu yana ardıcıl Bosniya və Herseqovinanı avrokuboklarda təmsil edir. “Qəbələ” isə Avropada debütantdı. “Qəbələ”nin işinin daha çətin olduğunu düşünmürsünüz ki?
- “Qəbələ” rəhbərliyi, məşqçi və futbolçularına sizin, mənim kimi azarkeşlər öz dəstəyimizi verməliyik. Komandamız ən azından Qəbələdə qalib gəlməlidir.
- Dünya çempionatında azarkeşlik etdiyiniz komanda varmı?
- Hazırda azarkeşlik etdiyim komanda yoxdu. Çünki azarkeşi olduğum İspaniya yığması gözlənilmədən qrupda qaldı. Özlərini göstərə bilmədilər. İspaniyadan sonra müsəlman dövləti olduğu üçün Əlcəzairə azarkeşlik etdim.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























