14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Türkiyəli futbolçular Azərbaycanda legioner sayılmayacaq!

Peşəkar Futbol Liqası (PFL) daha bir yeniliyə imza atmağa yaxındı. Bu barədə apasport.az saytına PFL prezidenti Ramin Musayev məlumat verib.
 
O bildirib ki, azərbaycanlı futbolçuların Türkiyə Superliqasında çıxış etməsi üçün yaxşı imkan yaranıb: “Hazırda bu istiqamətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Türkiyə Futbol Federasiyası nümayəndələri arasında danışıqlar gedir. Əgər danışıqlar müsbət yekunlaşarsa, türkiyəli futbolçular Azərbaycan çempionatında, azərbaycanlı futbolçular isə Türkiyə Superliqasında oynayacağı təqdirdə legioner statusu daşımayacaqlar”.
 
PFL rəhbəri bu məsələnin yaxın günlərdə müsbət sonluğa doğru yekunlaşacağına inandığını vurğulayıb: “Əgər tərəflər arasında protokol bağlanılacağı halda, anlaşmanın şərtləri cari mövsümə tətbiq olunacaq”.
 
Xatırladaq ki, təxminən 10 ildir Türkiyə çempionatında azərbaycanlı futbolçulara güzəşt tətbiq edilir. Lakin bu, indiyədək yalnız I liqa klubları üçün keçərlidi.
 
I dəstədə mübarizə aparan hər klubun heyətində türkdilli ölkələrdən (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan) olan 2 futbolçu legioner statusu daşımır. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31