14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Ukrayna klubunun rəsmi saytı Futbolxeber.az-ın xəbərini təsdiqlədi

Ukraynanın “Zarya” klubunun rəsmi saytında komandanın Sloveniyada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində iyunun 30-da “Simurq”la qarşılaşacağı barədə xəbər yerləşdirilmişdi. Xəbər gün ərzində həm Ukrayna, həm də Azərbaycan mətbuatında işıqlandırılmışdı. Lakin “Simurq”un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Futbolxeber.az saytına verdiyi açıqlamada deyilənləri təkzib edərək, “Zarya” ilə qarşılaşmayacaqlarını bəyan etmişdi.

Artıq Ukrayna tərəfi də Zaqatala klubu ilə oynamayacaqlarını qeyd edib. Belə ki, klubun rəsmi saytında bu gün “Zarya”nın “Simurq”la deyil, Sloveniyanın “Zavrç” klubu ilə görüşəcəyi bildirilib.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31