7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

“İnter” “Spartak”a uduzdu

Dünən “İnter”  Avstriyadakı toplanış çərçivəsində üçüncü yoxlama görüşünü keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Lutzmannsburq qəsəbəsinin "Thermenkurz Hotel"in meydançasında baş tutan "İnter" - "Spartak Trnava" matçı slovakiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze bu oyuna aşağıdakı əsas heyəti buraxıb: Giorgi Lomaya, Arif Daşdəmirov, Aleksandr Amisulaşvili, Yohan Bokonyano, Laşa Salukvadze, Matiya Şpiçiç, Slavço Georgiyevski, Derlis Meza Kolli, Asif Məmmədov (k), Elvin Məmmədov, Dieqo Madriqal.

İkinci hissənin gedişində meydana Elvin Məmmədovun əvəzinə Mikel Alvaro, Slavço Georgiyevskinin yerinə Abdulla Abatsiyev və Yohan Bokonyanonun əvəzinə İvan Benites daxil olublar.

Bu oyunda “İnter”in yeganə qolunu Matiya Şpiçiç vurub. "Spartak Trnava"nın heyətində isə Matus Çonka və Peter Nvorah fərqləniblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31