Ölkə futbolu
“İnter”in yeni transferi: “Həmin matçda Roberto Karlosu əvəz etmişdim”
“İnter”in yeni transferi Məhəmməd Mirzəbəyov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Artıq üç həftədir “İnter”in sərəncamındasınız. Yeni komanda barədə fikirlərinizi bizimlə paylaşmağınızı xahiş edirik.
- Emosiyalar çox müsbətdir. Komandanın belə mehriban olması xoşuma gəldi. Səmimi deyirəm ki, müxtəlif millət və mədəniyyət nümayəndələrinin belə möhkəm kollektiv yaratmalarını gözləmirdim. Komandaya asanlıqla qaynayıb qarışdım. Kollektivə uyğunlaşma prosesi hər hansı bir problem yaratmadı.
- Bəs “İnter”ə keçmək barədə təklifi necə qarşıladınız?
- Təklifi çox yaxşı qarşıladım, axı “İnter” neçə illərdir avrokuboklarda oynayır və yalnız yüksək yerlər uğrunda mübarizə aparır. Mən müsbət cavab verdim. Etiraf edim ki, klub haqqında, onun baş məşqçisi Kaxaber Tsxadadze barədə digər futbolçulardan maraqlandım və hamısı müsbət fikirlər söylədilər. Mənə çox xoşdur ki, belə ambisiyalı komanda mənimlə maraqlandı.
- “Sumqayıt”da çıxış etməzdən öncə “Anji” klubunda oynayırdınız. Karyeranızın bu mərhələsi barədə bizə məlumat verməyinizi xahişi edirik.
- Mən “Anji”nin əsas heyətində ancaq bir dəfə meydana çıxmışam və bu hadisə Rusiya Kubokunun oyunlarından birində olmuşdu və həmin matçda Roberto Karlosu əvəz etmişdim. Bundan başqa, Rusiya çempionatının 7 matçında sifariş vərəqəsinə düşmüşdüm, ancaq ehtiyat skamyasında qalmışdım. Buna baxmayaraq bu kluba çox minnətdaram və xüsusilə də Hacı Hacıyevə təşəkkür edirəm. Etiraf edim ki, əvvəllər cinah yarımmüdafiəçi mövqeyində oynayırdım, ancaq cinah müdafiəsində çıxış etməmişəm. Hacı Hacıyev məni bu mövqedə gördü və məni məhz bu yerə görə əsas heyətə cəlb edirdi.
- Maraqlıdır, bəs “Sumqayıt”ın funksionerləri sizi necə tapdılar və Azərbaycana necə gəldiniz?
- “Anji”nin əvəzedici heyətinin tərkibində “Amkar” klubunun ehtiyat komandasına qarşı oyunda iştirak edirdim. Bu qarşılaşmanı “Sumqayıt”ın prezidenti Kamran Quliyev və komandanın o dövrdəki baş məşqçisi Bernhard Raab da izləyirdilər. Yeri gəlmişkən, həmin matçda hücumçu mövqeyində çıxış edirdim. Bir sözlə, həmin oyunda mənə diqqət yetirdilər. Xatırlayıram ki, daha bir oyunçu da onların xoşuna gəlmişdi. Artıq növbəti il icarə əsasında “Sumqayıt”a gəldim. Etiraf edim ki, sumqayıtlıların heyətində meydana çıxdığım ilk matçda əsas və əvəzedici komandalardakı oyunlar arasında böyük fərqin olduğunu hiss etdim. O zaman əvəzedici komandada matçlar əsas heyətə aparan yolda yalnız öz rolunu oynayan uşaq-gənclər səviyyəsindəki qarşılaşmalar kimi görünürdü. O zaman mənə məhz bu lazım idi. Bilirsiniz, mən hesab edirəm ki, hər bir gənc futbolçunun öz şansını almaq haqqı var. Təəssüf ki, “Anji”də bunu görmədim. O vaxt mənə böyük futbola, bu böyük sürətə və kişi mübarizəsinə keçiş lazım idi. Amma təəssüf ki, mənə oyun praktikası imkanını vermədilər. Onu məhz “Sumqayıt”da aldım.
- Bəs necə oldu ki, sizi hücumçu kimi nəzərdən keçirdilər, sonra sağ kənar müdafiəçi mövqeyində oynamağa başladınız?
- Öncə məhz kənar hücumçu və ya yarımmüdafiəçi mövqelərində oynadım və hətta müdafiəçi olmağı düşünmürdüm. Ancaq komandamızda bu mövqedə oynayan bir çox yaxşı futbolçular vardı. Ruslan Qurbanov, Orxan Əliyev və Uğur Pamuk özlərini yaxşı tərəfdən göstərirdilər və matçların çox hissəsini ehtiyatda keçirməli olurdum. Bir qədər sonra sağ müdafiəçimiz zədə aldı və onun mövqeyi mənə etibar olundu. Baş məşqçi mənə dedi ki, mənə şans verir və bu mövqedə “Kəpəz”ə qarşı oyunda meydana çıxdım. Həmin oyun 0:0 hesabıyla başa çatdı, mənim oyunum Bernhard Raabın xoşuna gəldi və artıq növbəti oyunda yenidən sağ müdafiəçi mövqeyində mübarizəyə qatıldım. Səmimi deyim ki, yenidən əsas heyətdə görünəcəyimi gözləmirdim. O vaxtdan sistematik olaraq sağ cinah müdafiəsinin oyunçusu rolunda oynamağa başladım.
- “İnter”də əsas heyətdə yer uğrunda sərt rəqabət var, eyni zamanda sizin mövqeyinizə bir neçə namizəd var. Özünüzü əsas heyətə düşmək uğrunda mübarizəyə hazır hiss edirsinizmi?
- Bəli, burada sağ müdafiəçi mövqeyində yaxşı oyun nümayiş etdirən təcrübəli Arif Daşdəmirov və perspektivli Abbas Hüseynov da var. Anlayıram ki, əsas heyətdə yer uğrunda mübarizə olacaq, ancaq hər şeyi baş məşqçi həll edir və məhz o, start heyətini müəyyənləşdirir. Özümü göstərməyə çalışacağam və baş məşqçinin diqqətini çəkməyə cəhd göstərəcəyəm. Məndən tələb edilənləri yerinə yetirməyə çalışacağam. Rəqabət hər yerdə var və böyük faydaları əhatə edir, axı əsas heyətə düşmək üçün həmişə səni yaxşı səviyyədə qalmağa məcbur edir. Biz əsas heyətdə sözdə rəqiblərik, axı hamımız klubun rifahı uğrunda çalışırıq. Arif Daşdəmirov artıq neçə ildir “İnter”də çıxış edir. O, artıq ilk günlərdən mənə kömək edir və məsləhət verir.
- Yeri gəlmişkən, Avstriyada keçən toplanışda Arif Daşdəmirovla eyni otaqda qalırsınız. Çox güman bu da sizin “İnter”dəki karyeranızın ilk mərhələsində uyğunlaşmaq baxımından daha bir üstünlükdür.
- Bəli, qeyd etdiyim kimi, Arif mənə çox kömək edir. Türkiyədəki toplanışın ilk günlərində o, mənə uyğunlaşmağa kömək etdi. Təkcə mənə yox, Abbas Hüseynova da kömək edirdi. Həqiqi əməkdaşlıq da məhz bundadır. Arif artıq uzun müddətdir Azərbaycan Çempionatında iştirak edir və onun təcrübəsi gənc oyunçular üçün çox faydalıdır.
- Artıq Avstriyada ikinci toplanış gedir. Komanda kifayət qədər insensiv refimdə məşq edir. Belə yükləmələrin öhdəsindən gələ bilirsiniz?
- Zaman keçdikcə buna öyrəşirsən. Məşqçi konkret tapşırıqların yerinə yetirilməsini tələb edir və sən də həmin tapşırıqların öhdəsindən var gücünlə gəlməyə çalışırsan. Onun sözləri ilk növbədə bizim üçün vacibdir. Bütün oyunçular güclənməli və bu inkişafa yalnız öz üzərində işləmək kömək edə bilər.
- Sizi ilk dəfə olaraq avrokuboklarda iştirak gözləyir. Sizin fikrinizcə, “İnter”dən Avropa Liqasından nə gözləmək lazımdır?
- Komandanın daha çox mərhələ keçməsini çox istəyirəm və biz bunun üçün lazım olanları etməliyik. Hazırda Avropa Liqasına hazırlıq gedir və bütün uşaqlar zəruri konsentrasiyayla çalışırlar. Qarşımızda konkret məqsəd dayanır və biz həmin məqsədə çatmalıyıq. İnşallah, daha uğurla çıxış edərik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- “Qarabağ”a qarşı namərdlik
- Futbolumuzun fərsiz övladı
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- ETOPAZ 14 yaşında!
- Cenk Sümer: “Dünyanın heç bir yerində bu epizodu kobudluq olaraq qiymətləndirməzlər”
- “Neftçi”yə qarşı daha bir hakimi “səhvi”: Hakimlər Komitəsində narazılıq
- "Zirə" və "Kəpəz"dən qələbə
- Millimizin rəqibləri müəyyənləşdi
- Cavadovdan “Dinamo”ya dəstək
- Kurban Berdıyev “Futbolxeber”ə danışdı: “İndi əsas “Neftçi” ilə oyuna hazır olmaqdır”
-
18:13
“Bir qələbə ilə rahatlaşmaq olmaz”
-
18:01
"Naxçıvan"a basketbolçuların səhvləri nəticəsində uduzduq"
-
17:44
“Quba” öz meydanında uduzdu
-
14:32
Tofiq Musayev UFC-də ikinci döyüşünə çıxır
-
13:28
Maykl Rayt: "Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır"
-
13:00
Argentina millisindən çətin qələbə VİDEO
-
12:17
Musa Qurbanlı: “Həmişə daha yaxşı oynamaq olar”
-
11:39
Cüdo Federasiyası Gəncədə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək
-
11:16
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:53
"Zirə"nin legionerləri darmadağına sevindilər
-
10:21
Niderland Norveçi məğlub etdi VİDEO
-
10:04
Emin Mahmudov: “Bilirdik ki, daha çox qol vura bilərik”
-
09:45
AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
-
21:01
Yığmamız 6 qolla qələbə qazandı
-
16:49
U-21 millimiz darmadağın oldu
-
12:55
Koxalski: “O təklifi qəbul etmədim, arzum İngiltərədir”
-
12:03
Ağakişi qardaşları Avropa Kubokunun oyununa təyinat alıblar
-
11:46
“Milliyə dəvət almağımda “Turan Tovuz”un məşqçilər korpusunun böyük əməyi var”
-
10:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Braziliya 10 nəfərlə qalan Fransa ilə bacarmadı VİDEO
-
09:30
Qapı bağlı qalıb... qapıçılarımıza
-
17:00
Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
-
16:21
AFFA İntizam Komitəsi 3 kluba texniki məğlubiyyət verib
-
15:33
Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
-
14:12
“Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
-
13:47
Azərbaycanlı hakim minifutbol üzrə Avropa çempionatına təyinat alıb
-
13:08
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında çıxış edəcəklər
-
12:55
Avropa çempionatı: Cüdo yığmamızın ilkin heyəti açıqlanıb
-
12:29
Azərbaycan - Sent Lüsiya oyununun hakimləri müəyyənləşdi
-
12:14
"Neftçi" TV təqdim edir: Bazada bir gün VİDEO
-
11:36
Toşak ağır xəstəliyə tutulub
-
11:00
Litvanın 19 illik həsrətinə son qoyan U-19 millimiz - İnkişaf Strategiyasi budur?
-
10:43
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
“Neftçi”nin hücumçusu “Porto”nun prezidenti ilə görüşdü
-
09:52
"Qarabağ" nümayəndələri Lissabonda beynəlxalq tədbirdə
-
16:33
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
-
15:16
Azərbaycanın parabadmintonçusu İspaniyada gümüş medal qazanıb
-
14:57
Üzgüçülərimiz Gürcüstanda 47 medal qazanıblar
-
13:28
Parataekvondo millimiz Antalyada turnirə qatılacaq
-
13:00
İmad Faraj: “Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
-
12:42
Şahmat üzrə ölkə çempionatının final mərhələsi başlayıb
-
12:31
Nərgiz İsmayılova ÇL-in 1/4 finalına təyinat alıb
-
12:09
“Sumqayıt”ın U-11 komandası Bişkekdə beynəlxalq turnirdə iştirak edəcək
-
11:45
"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
11:24
Basketbol millilərimiz FIBA reytinqində irəliləyib
-
10:16
"Xankəndi" 3 xalı 5 qolla qazandı VİDEO
-
09:53
Millimiz İspaniyada təsnifat turnirində mübarizə aparacaq
-
09:37
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
19:25
Millimiz Bolqarıstanla heç-heçə etdi
-
17:17
“Sportinq”in üzvü: “Ən vacib oyun Azərbaycana qarşı olandır”
28.03.2026
27.03.2026
26.03.2026
25.03.2026
24.03.2026























