14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Xəzər Lənkəran” rəsmisi Namaşko məsələsinə nöqtə qoydu

“Mətbuatda yayılan xəbərlərlə tanışam. Dünən bu barədə düşünsəm də, belə bir futbolçu yadıma düşmədi. Namaşko düz deyir. O, “Xəzər Lənkəran”da heç vaxt baxışda olmayıb. Biz də belə bir futbolçuyla maraqlanmamışıq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Xatırladaq ki, dünən ölkə mətbuatında AZAL-a keçəcəyi gözlənilən Moldova millisinin qapıçısı Stanislav Namaşkonun daha əvvəl “Xəzər Lənkəran”da baxışda olduğu, amma bəyənilməyərək geri göndərildiyi barədə xəbərlər yayılmışdı. Futbolçu özü də Futbolxeber.az saytına verdiyi eksklüziv açıqlamada deyilənləri yalan adlandırmışdı.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31