14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Qurban Qurbanov məni komandasında görmək istəyibsə...”

AZAL-ın sabiq futbolçusu Cavid Tağıyev “Qarabağ”a keçidini şərh edib. Futbolxeber.az-ın məlumatına görə, gənc futbolçu Ağdam klubunun rəsmi saytına verdiyi açıqlamada ilkin təəssüratlarını paylaşıb: “Bilirəm ki, çempion komandaya gəlmişəm. İddialı komandaya keçidimi irəliyə atılmış addım kimi qiymətləndirirəm. Sağ olsunlar, komandada məni mehriban qarşıladılar. “Qarabağ”dan təklif gələndə hara getdiyimi çox yaxşı anladım. Bilirəm ki, komandada istənilən mövqedə rəqabət var. Hər şey özümdən asılıdır. Məşqlərdə maksimum çalışıb özümü göstərməliyəm. Əgər Qurban Qurbanov məni komandasında görmək istəyibsə, buna ancaq sevinə bilərəm. Onun və bütün “Qarabağ” camiəsinin etimadını doğrultmaq üçün var gücümlə çalışacam. “Qarabağ”a uğur qazanmaq üçün gəlmişəm.”Qarabağ” heyətində meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31