Ölkə futbolu
“İnter”in ispan yarımmüdafiəçisi: “Avroliqada ən önəmli faktlardan biri püşkatmadır”
"İnter"in ispaniyalı yarımmüdafiəçisi Mikel Alvaro klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müshaibəni təqdim edir:
- Çətin mövsümü geridə qoyduq. Sonda "İnter" çempionatı ikinci pillədə başa vurdu və Avropa Liqasına vəsiqə qazandı. Mövsümü necə dəyərləndirərdiniz?
- Çempionatdakı startımız kifayət qədər uğursuz alındı, bir neçə oyunda ardıcıl məğlub olduq və turnir cədvəlinin son pillələrində idik. Bunları yada salaraq deyə bilərəm ki, mövsümü uğurlu şəkildə başa vurduq. Əvvəlki uğursuzluğu qeridə qoya bildik və çempionatı ikinci yerdə başa vurduq. Hətta mövsümün sonunda çempionluq şanslarımız da yaranmışdı, lakin sonda qalib gələn tərəf "Qarabağ" oldu. Bu komanda həqiqətən də gözəl mövsüm keçirdi. Onlar həqiqətən birinci yerə layiq idilər.
- Startda həqiqətən də çox uğursuz çıxış etdik. Sizin fikirinizcə, bu uğursuzluq nə ilə bağlı idi?
- Düşünürəm ki, mövsümün əvvəlindəki uğursuz çıxışımızın bir neçə səbəbi var idi. Yayda komandaya çoxlu sayda yeni futbolçu gəlmişdi və onların uyğunlaşması üçün vaxt lazım idi. Bu uğursuzluğun ən birinci səbəbi elə bu idi. Buna baxmayaraq, komanda özündə güc tapıb bu çətin durumdan çıxış yolunu tapmağı bacardı.
- Ağır mövsümdən sonra komanda istirahətə yollandı. Maraqlıdır, siz istirahəti necə keçirdiniz?
- İstirahətimi yaxşı keçirmişəm. Ailəmlə birgə idim, bundan başqa dostlarımla da görüşməyə imkan tapdım. İstirahət üçün cəmi iki həftəmiz var idi, bu vaxtın az olmasına baxmayaraq yaxşı dincəldim. Mövsümün yorğunluğunu özümdən uzaqlaşdıra bildim.
- Yaxşı istirahətdən sonra yenidən məqşlərə başlamaq çətin olmadı?
- Yenidən məşqlərə başlamaq çətin olmadı. Komandanın sıralarında yeni perspektivli oyunçular var və hamı canla-başla çalışmaqdadır. Artıq 5 gündür ki, Türkiyədəyik və məşq prosesi öz axarıyla davam edir.
- Türkiyədəki təlim-məşq toplanışının gedişi barədə nə deyə bilərsiniz?
- Burada gündə iki dəfə məşq edirik. Trenajor zalında işləyirik, qaçırıq və digər tapşırıqları yerinə yetiririk. Öz üzərimizdə çalışmalıyıq. İrəlidə bizi Avropa Liqası gözləyir və bu turnirin çətin oyunlarına tam şəkildə hazır olmalıyıq.
- Mövsümün əvvəlində siz sanki öz oyununuzu tapa bilmirdiniz, lakin qış fasiləsindən sonra daha yaxşı təsir bağışladınız.
- Bunun bir neçə səbəbi var. Mövsümün əvvəlində komandaya uyğunlaşma prosesi keçirdim, bundan başqa ayağımda zədə də var idi. Daha sonra immun sistemim bir qədər zəifləmişdi, lakin buna baxmayaraq artıq yanvarda Antalyada baş tutmuş təlim-məşq toplanışında özümə gəldim və mövsümün ikinci hissəsini daha gözəl şəkildə keçirdim. Çalışacağam ki, növbəti mövsümdə komandama daha böyük xeyir verim.
- Bir neçə il Gürcüstan Çempionatında çıxış etmisiniz və daha sonra Azərbaycana gəldiniz. Çoxları Azərbaycan Çempionatının daha yüksək səviyyəyə malik olduğunu söyləyir, siz hər iki ölkədə oynamış biri kimi bu fikirlə razılaşa bilərsiniz?
- Gürcüstan Çempionatında iki mövsüm forma geyindim və bu illər mənim üçün uğurlu oldu, amma etiraf etmək lazımdır ki, Azərbaycan Çempionatı daha güclüdür. Buradakı klublar inkişaf edir və burada daha güclü futbolçular çıxış edirlər. Düşünürəm ki, Azərbaycan futbolu ildən-ilə daha da güclənəcək.
- Təxminən bir aydan sonra "İnter" Avropa Liqasında mübarizəyə qoşulacaq. Sizcə komandamız qitəmiqyaslı yarışda ölkəmizi yaxşı şəkildə təmsil edə biləcəkmi?
- Bir neçə dəfə qitəmiqyaslı yarışlarda iştirak etmişəm və əminliklə söyləyə bilərəm ki, bu yarışlarda ən önəmli faktlardan biri püşkatmadır. Püşk bizə çətin rəqiblər verməsə, o zaman yolumuz daha uzun ola bilər. Əslində ötən il də "Tromse" komandasına qalib gələ bilərdik, lakin bəxtimiz gətirmədi. Səfərdə keçirilmiş oyunda pis təsir bağışlamadıq, lakin adi səhvlərdən iki qol buraxdıq və məğlub olduq. Bu rəqibi keçə bilərdik, amma təəssüflər olsun ki, alınmadı. Bu il daha yaxşı çıxış etmək istəyirik. İlk mərhələdə səpələnmiş komandalar sırasında yer alacağıq və bu da bizə daha asan rəqib qazandıracaq. Növbəti mərhələyə çıxsaq, daha güclü komanda ilə üz-üzə gələ bilərik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























