16 Oktyabr 2025, Cümə axşamı
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları
Millimiz Ukraynaya uduzdu

Ölkə futbolu

"İnter" bu gün yoxlama matçına çıxacaq

“İnter” Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, “bankirlər” dünən iki dəfə məşqə çıxıb. Səhərki çalışmalara futbolçular saat 10.00-da trenajor zalında başlayıblar. Daha sonra oyunçular meydana çıxıblar. Məşq müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17.00-da yenidən meydana çıxan futbolçular topla fərqli hərəkətlər ediblər və daha sonra ikitərəfli oyun keçiriblər.

Bu gün “bankirlər” yoxlama görüşünə çıxacaq. Yerli vaxtla saat 14.00-da başlayacaq matçda "İnter" Türkiyə aşağı liqaların birinin təmsilçisi ilə üz-üzə gələcək. 


inter.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31