21 Avqust 2026, Cümə
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi

Ölkə futbolu

Mikayıl Nərimanoğlu: “Natiq Adilovu tanımıram”

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu feysbuk sosial şəbəkəsində millimizin ABŞ-a qarşı keçirdiyi yoxlama oyunundan sonra sosial şəbəkələrdə Çikaqoda yaşayan azərbaycanlı tələbələrin AFFA tərəfindən aldadıldığı barədə yayılan xəbərlərə münasibət bildirib. Diqqətimizi çəkən məqam isə odur ki, ölkə KİV-ində "Azadlıq" qəzetinin Birləşmiş Ştatlarda olan əməkdaşı Natiq Ədilov Çikaqodan gələn 10 tələbənin aldadılması barədə xəbər yaysa da, M.Nərimanoğlu biletlə bağlı ittihamlara cavab verərkən Aydın müəllim adlı şəxsə müraciət edir. Futbolxeber.az saytına verdiyi açıqlamada Mikayıl Nərimanoğlu məsələyə belə aydınlıq gətirdi: “İlham bəy ABŞ-da yaşayır, biletlə bağlı yazışmamız onunla olub. O da yanlış məlumat yayıb. Natiq Adilovu isə tanımıram”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31