24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

“Atletiko”nun prezidenti: “Azərbaycanı təmsil etmək bizim üçün şərəfdi”

“Hafiz Məmmədova, Yaşar Seyidova bizi yüksək səviyyədə qarşıladıqları üçün təşəkkür edirəm. Bizim üçün fəxrdi ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən 28 may tarixində çempionluq kubokunu Bakıda təqdim edirik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Atletiko”nun prezidenti Enrike Sereso deyib.

Madrid klubunun Bakıya səfəri ilə bağlı təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı E.Sereso, Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını bildirib: “Atletiko” adından Azərbaycan xalqına minnətdarlıq edirik ki, bizimlə əməkdaşlıq edirlər. Azərbaycanı təmsil etmək bizim üçün şərəfdi”.

Sereso komandasının cari mövsümdəki çıxışını belə dəyərləndirib: “3 kubok uğrunda sonadək yarışdıq. Mükəmməl mövsüm keçirdik. 1 həftə əvvəl Lissabonda mövsümün oyununa çıxdıq. Amma bəxtimiz gətirmədi. Avropada ikinci olmaq da qürurvericidir. Bütün bunlar bizim üçün uğurdu. Azərbaycan xalqı da bu uğurun bir parçasıdır. Ölkə prezidentinə, İdman və Gənclər nazirliyinə, AFFA-ya və Azərbaycan xalqına minnətdarıq. Çox sevinirik ki, çempionluq kuboku hazırda Bakıdadır”.

  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31