29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

Qara Qarayev: “Bu o demək deyil ki, millinin daimi üzvü olmuşam”

“Mövsümün başa çatdığını demək tezdir. Bizim üçün mövsüm milli komandanın oyunundan sonra başa çatacaq. Hazırda millinin heyətində təlim-məşq toplanışındayıq. Bütün futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. ABŞ yığmasıyla görüşdə maksimum nəticə əldə etməyə çalışacağıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri millimizin və “Qarabağ”ın üzvü Qara Qarayev deyib.

AFFA-nın rəsmi saytına danışan Q.Qarayev özünü millinin daimi üzvü hesab etmədiyini vurğulayıb: “Rəqib yaxın günlərdə start götürəcək dünya çempionatında iştirak edəcək. Ona görə ola bilsin ki, bizimlə oyunda zədələnməmək üçün özlərini qorusunlar. Buna baxmayaraq, DÇ öncəsi yaxşı əhval-ruhiyyədə olmaları üçün qalib gəlməyə çalışacaqlar. Artıq bir neçə toplanışdır milli komandaya dəvət olunuram. Ancaq bu o demək deyil ki, millinin daimi üzvü olmuşam. Oyunlarda özümü yaxşı tərəfdən göstərib millinin daimi üzvü olmaq üçün çalışıram".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31