21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

Berti Foqts: “ABŞ-la matçda Azərbaycan yığmasından yaxşı oyun gözləyirəm”

Milli komandamızın baş məşqçisi Berti Foqtsun müsahibəsi

- Komandanın hazırlığı necə gedir?

- Oyunçuların formasına görə mövsümün sonu olduğu hiss edilir. Gərginlik hiss edilirdi. Həmçinin, komanda uzun yol qət edib. Bütün oyunçuların ahəngə düşməsi üçün vaxt lazımdır. Biz bunun üzərində çalışırıq.

- Yəni altı gün ərzində hələ uyğunlaşma keçməmisiniz?

- Hələ yox. Tamam yox. Hər halda, vaxt fərqi 12 saatdan ibarətdir. Hər günə düz bir saat lazımdır ki, uyğunlaşma keçəsən. Buna isə tam bərpa olmaq üçün 12 gün gedəcək.

- Hansı komandaların üzvləri daha yaxşı formada gəliblər?

- Görünür ki, son ana qədər mübarizə aparmış komandaların oyunçuları gərgindirlər. 4-5-ci yerləri tutmuş klublardan gələnlər isə özlərini nisbətən sakit hiss edirlər.

- ABŞ yığması ilə oyundan nə gözləyirsiniz?

- Azərbaycan yığmasından yaxşı oyun. Bu, dünya çempionatı iştirakçısına qarşı maraqlı oyun olacaq. Burada tam başqa ab-hava var. Qarşıda bizi İtaliya və Xorvatiya milliləri ilə oyunlar gözlədiyini nəzərə alsaq, amerikalılarla oyun bizim üçün çox vacibdir.

- Oyunda üstün amil nə olacaq: yaxşı oyun və ya nüfuz naminə yaxşı nəticə?

- Bəs nə daha vacibdir: qələbə yoxsa yaxşı oyun?

- Müxtəlif, hərəyə bir cür. Əksər azarkeşləri nəticə narahat edir.

- Hər iki amil vacibdir. Həm nəticə, həm də yaxşı oyun. ABŞ yığması ilə oyunda təcrübə edəcəyəm. Təsnifat mərhələsinə qədər Özbəkistan millisi ilə oyunumu olacaq.

- Yığmada yeni oyunçu - Dmitri Nazarov var. Onun haqqında nə deyə bilərsiniz?

- O, yığmada iki tam məşq keçib. Dmitri İkinci Bundesliqanın oyunçusudur. Düşünürəm ki, o, özü ilə bizə gərəkli keyfiyyətlər gətirib.


azerisport.az



< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30