28 Avqust 2026, Cümə
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu
“Qarabağ”dan ardıcıl iki transfer
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi

Ölkə futbolu

İzmaylov Rusiya və İspaniya klublarının hədəfində

"Qəbələ" klubunun futbolçusu Marat İzmaylov yeni mövsümdən karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.
 
Qol.Az-ın məlumatına görə, bu barədə rusiyalı futbolçunun meneceri Paulo Barboza İTAR-TASS agentliyinə açıqlamasında deyib.
 
Barboza Rusiyanın bir neçə klubu ilə danışıqlar apardıqlarını bildirib: "Rusiyanın müxtəlif klubları ilə danışıqlar aparırıq. Onların sırasında Avrokuboklarda mübarizə aparacaq klublar da var. Ancaq unutmayın ki, Maratın "Portu" ilə bir illik müqaviləsi mövcuddur və Portuqaliya təmsilçisi də onu komandada saxlamaq istəyir. 
 
İzmaylov artıq daha çox oynamaq istəyir, ehtiyatda oturmaq niyyətində deyil. O, uzun fasilədən sonra "Qəbələ"də yaxşı mövsüm keçirdi. Sübut etdi ki, yüksək səviyyədə oynaya bilər. Təsadüfi deyil ki, onunla təkcə Rusiya deyil, İspaniya klubları da maraqlanır".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31