Ölkə futbolu
Zambrotta: “Futbolçu kimi ən böyük uğurum…”
Bu gün Abşeron otelində Beynəlxalq Futbol Könüllülüyü Forumu keçirilib. Futbolxeber.az-ın məlumatına görə, forumda AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini Ceyhun Bayramov, tanınmış italiyalı futbolçu, tədbirə forumun səfiri qismində dəvət olunmuş Canluka Zambrotta, 8 xarici ölkəni təmsil edən beynəlxalq səviyyəli spikerlər iştirak ediblər.
Aparıcı tədbiri açıq elan edib forumun gündəliyi barədə məlumat verdikdən sonra UEFA-nın baş katibi Gianni İnfantinonun forum iştirakçılarına videomüraciəti nümayiş etdirildi. G.İnfantino müraciətində könüllülərin futbol turnirlərinin və tədbirlərinin təşkilində xüsusi rola malik olduğunu qeyd edərək, Beynəlxalq Futbol Könüllülüyü Forumunun böyük əhəmiyyət kəsb edən tədbir olduğunu bildirib, foruma öz işində uğurlar arzulayıb.
AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mötəbər futbol turnirlərində könüllülərin rolu barədə danışıb. O, qeyd edib ki, könüllülük təkcə gənc nəsli əhatə edən fəaliyyət sahəsi deyil, ayrı-ayrı ölkələrdə təşkil olunan idman və digər sferalar üzrə tədbirlərdə müxtəlif yaş qrupuna aid könüllülərə rast gəlmək mümkündür.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini Ceyhun Bayramov öz çıxışlarında könüllülüklə bağlı müsbət fikirlər səsləndirib, bu prosesin gənclərin səmərəli fəaliyyət göstərməsinə və təhsil məsələlərinə faydalı olduğunu qeyd ediblər.
Sonra söz Canluka Zambrottaya verilib: "Hər birinizi salamlayıram. Bugünkü tədbirə dəvət olunduğum, bu forumun səfiri seçildiyim üçün çox sevinir və bundan böyük qürur hissi keçirirəm. Həyatın bütün sahələrində gənclər xüsusi rola malikdir. Gənc yaşlarımda futbolla bağlı bir sıra uğurlar qazanmışam. Futbolçu kimi ən böyük uğurum 2006-cı ildə keçirilmiş dünya çempionatının qalibi olmağımdır və o zaman bu günlə müqayisədə daha gənc idim. Biz bu uğura komanda olaraq, bir məqsəd ətrafında sıx birləşməklə nail olduq. Könüllülük də bu işlərin bir parçasıdır. Burada da birlikdə hərəkət etmək, məqsədə doğru birgə addımlamaq vacib şərtlərdəndir. Bu gün bütün futbol oyunlarında könüllülərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Ümidvaram ki, bu forum Azərbaycanda könüllülərin bundan sonrakı fəaliyyətinin istiqamətləndirilməsi baxımından çox faydalı olacaq".
Çıxışlar başa çatdıqdan sonra müxtəlif ölkələrdən dəvət olunmuş beynəlxalq səviyyəli spikerlərin iştirakı ilə məşğələlər keçirilib.
affa.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























