Ölkə futbolu
Kardioloqlar üçün pis xəbər
Bizim babalar ingilislərin babalarından çox bilirdi. Yenə bizimkilər deyən düz çıxdı. Onlar “Hər anın bir hökmü var”- deyəndə indiki ingilislərin babaları heç futbolu icad eləməmişdilər. Düzdü, sonra nə fikirləşdilərsə, futbolu bütün dünyaya bəxş elədilər. Ucsuz-bucaqsız dünyanın bir könüldən min könülə vurulduğu futbol bizim tərəflərə də gəldi və 10 il öncə “Xəzər Lənkəran” yarandı. Bu 10 ildə klub qızıl medal da boynundan asıb, gümüş də qazanıb, kuboku da başının üzərinə qaldırıb. Rekord da vurub, o qədər baş məşqçini öz başından edib ki, rəqəmləri üst-üstə yığında elə rekorda yaxın bir şey alınır.
“Xəzər Lənkəran” bir daha sübut elədi ki, bizim babalar ingilislərin babalarından çox bilirlər. Bu klubda indi sözün lap elə əsl mənasında hər anın bir hökmü var, gündəm elə sürətlə dəyişir ki, Nildo nədi, “Asta qaçan namərddir” deyib dünyanı təəccübləndirən Hüseyn Bolt da bu sürətə çata bilmir. Ayda bir qələbə qazanan, 17 tamaşaçısı, 2 fanatı qalan “ağ-yaşıl” klubdan xəbərlər sel kimi gəlir, bilmirsən ki, hansına inanasan. Səhər komandanı məşqə Oğuz Çətin çıxarır, günorta baş məşqçi Mustafa Dənizli “Hilton”da mətbuat konfransı keçirir. Əli qələm tutanların əlinə fakt verir, deyir ki, mənə də Mustafa deyərlər, nə istefa-filan? Yeni mövsüm üçün planlarını açıqlayır, fəxri prezidentdən təyyarə ala bilməyən Mustafa hoca bir uçaq yerli futbolçunu komandasında görmək istədiyini deyir.
Təyyarə məsələsi bilmirəm hardan gəlib düşdü bu yazının içinə? Mustafa Dənizli “Hilton”dan dönən kimi, yol yorğunluğu canından çıxmamış təyyarəyə minib Türkiyəyə qayıdır. Məlum olur ki, klub prezidenti onunla sərt danışıb, deyib bizə o qədər para xərclətdin, amma və lakin mövsümün sonunda kubokun parasını-yəni yarısını da bizə göstərmədin. Prezident adlı-sanlı türkiyəli məşqçiyə qapını göstərib, jestindən də belə başa düşülüb ki, Dənizlini baş məşqçi kimi görmək istəmir.
Klubla bağlı xəbərlər bununla bitmir ki... Mustafa Dənizli kömür mədənindəki böyük faciədən sonra üzü qapqara qaralan Türkiyəyə dönüncə mediaya açıqlama verir və deyir ki, şu anda Lənkəranda olmasam da, “Xəzər Lənkəran”da görəvimin başındayam. İstefanı unudun, Mustafanı düşünün yəni...
Hocanın açıqlamasını incələməyə macal tapmamış “gəmiçilər”dən təptəzə xəbər gəlir. Deyirlər ki, komandanın oyunçuları Oğuz Çətinə əmanət olunub, çünki çətin işin öhdəsindən Çətin gələr. Bir anın içində yenə gündəm dəyişir, klubla ilgili başqa xəbər eşidirsən. Guya Mirça Rednik gəlir, təbii ki, piyada yox, uçaqla. Sadəcə, hazırda Rumıniyada havalar isti olduğundan yolüstü marketə girib ki, sərin su alsın. Marketdə çalışanlar qaraçılıqlarına salmasalar, Mirça hava limanına tez çatacaq. Təyyarəyə minəndən sonra uçmağa nə var ki...
Təyyarə bu yazıdan bilmirəm niyə əl çəkmir də... Ona görə də təyyarəni bir kənara qoyub keçirəm başqa məsələyə. Klubla bağlı xəbər bitmək bilmir ki. Eşitmişəm Lənkərandakı kardioloqlar ağ xələtlərini geyinib “ağ yaşıllar”ın baş ofisinə yürüş etmək istəyirlər. Guya Dənizlinin istefası xəbərindən sonra ürəkləri yaman ağrımağa başlayıb. Mustafa hocanın zamanında “Fırtınalar meydanı”ndan çıxan azarkeşlər dərhal ürək həkimlərinə müraciət edirdi, xəstələrin upuzun növbəsi yaranırdı. Dənizli getsə, sel kimi axan pulun qabağı kəsiləcək. Kardioloqların uşaqları uşaq deyil, onlara bahalı telefon, yaxşı geyim-keçim lazım deyil? Dostum Səxavət and içir ki, Dənizli gələndən kardioloqlara xərclədiyim pulu özümdə saxlasaydım, bu gün mənim də Fransa çempionatında top qovan klubum var idi.
Ürək həkimləri klubun üstünə yaman düşüblər. Tələbləri də budur ki, Mustafa hoca öz vəzifəsinə bərpa edilsin. Mən biləni “Xəzər Lənkəran”ın verəcəyi cavab kardioloqlar üçün pis xəbər olacaq.
Amma vəziyyət əksinə dəyişə də bilər. Hər anın öz hökmü var... Babalarımız deyib axı.
Etibar Cəbrayıloğlu, “Het-trik news”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























