21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

AFFA-dan Ramal Hüseynova sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıda əvəzedici heyətlərin çempionatı və I divizionla bağlı aşağıdakı qərarlar qəbul edilib:

Əvəzedici heyətlərin XXXII turunun “Qarabağ” - “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XXXII turunun “Sumqayıt” - “Bakı” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərinin XXXII turunun “İnter” - “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 44-cü dəqiqəsində “İnter” klubunun 24 №-li futbolçusu Fuad Bayramov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XXVII turunun “Şahdağ” - “Qaradağ Lökbatan” matçının 69-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 27 №-li futbolçusu Ramal Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Azərbaycan I Divizionunun XXVII turunun “Kəpəz” - “Şəmkir” matçının 43-cü dəqiqəsində “Kəpəz” klubunun 25 №-li futbolçusu Xəyal Zeynalovla “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadiqov biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.3).

Azərbaycan I Divizionun XXVII turunun “Bakılı” - “Neftçala”  oyununun 82-ci dəqiqəsində “Bakılı” klubunun 11 №-li futbolçusu Samir Mustafayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionun XXVII turunun “Göyəzən” - “Mil-Muğan”  oyununun 49-cu dəqiqəsində “Mil-Muğan” klubunun 1 №-li futbolçusu Şöhrət Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30