3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Sehiç: “Bu, tək mənim uğurum deyil”

“Qarabağ”ın Avropa klubları arasında ən az qol buraxan klub olması tək mənim uğurum deyil. Bu göstəricini  bütün komandanın adına yazmaq lazımdır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Sehiç deyib.

Azərbaycan Premyer Liqasında 525 dəqiqə qapısında qol görməyən Sehiç, “Qarabağ”ın rəsmi saytına verdiyi açıqlamada milli karyerası haqda da damışıb: “Biz həm müdafiədə, həm də hücumda kompakt şəkildə çıxış edirik.  Nəticədə bugünki nəticəni əldə etmişik. Bu sadəcə mənim və ya müdafiəçilərin deyil bütün komandanın əməyidir. Bunlar heç də əsas deyil. Vacib olan çempionluq uğrunda mübarizədir.Qızıl medalları qazansaq o zaman əlavə göstəricilərdən danışmaq olar. Milli komandaya gəlincə. Ölkəmin mətbuatı tez-tez çıxışımla maraqlanır. Hər halda belə göstərici heç kimin diqqətindən qaçmaz. Sonuncu dəfə qış tətili zamanı millinin baş məşqçisi ilə görüşmüşəm. Mənə dedi ki, əvvəlki formanı bərpa etsən millinin qapıları üzünə açıqdır. Zənnimcə, “Qarabağ”ın cari uğuru çıxışıma ən yaxşı qiymətdi. Millinin formasını daşımaq şərəfdi.  Dünya çempionatına kimi hələ var. İnanıram ki, yayda millinin heyətində Braziliyada olacam”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28