Ölkə futbolu
Tuyqun Nadirov: “Bu töhfəni futbolumuza “Xəzər Lənkəran” verib”
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi
- Komandanız qış fasiləsindən sonra çempionata yaxşı başlasa da, ardından “uğursuzluq zolağı”na düşdü. Premyer Liqanın ikinci yarısındakı çıxışla bağlı fikirləriniz necədir?
- Bu çıxışdan necə razı qala bilərik? Düzdü, çempionatın ikinci yarısına çox yaxşı başlamışdıq. Sonradan isə komandada eniş başladı. İlk 3 oyunda liderlər qrupunda yer alan klublar üzərində qələbə qazandıq. Amma ardınca qeyri-stabillik başladı və bunlar nəticələrdə özünü göstərdi. Hazırda komanda var gücü ilə ölkə kubokunu qazanmağa çalışmalıdı. Bununla yanaşı, çempionat oyunlarını da boşa vermək olmaz. Hər bir görüşə xal üçün çıxmaq lazımdır. Təəssüf ki, komanda lazım olan məqamda xallar itirdi və bir neçə oyun məğlub oldu. Belə deyək, komandamız stabil oyun nümayiş etdirmir. Hesab edirəm ki, baş məşqçi bu barədə düşünür. Rəhbərlik qışda komanda üçün nə lazımdırsa edib.
- Mustafa Dənizlinin gəlişindən sonra komandanız 8 görüşdə uduzmadı. Lakin bu uğurlu seriya vacib oyunlarda qırıldı. Baş məşqçi ilə bu barədə danışığınız olub?
- Dənizli Azərbaycan futboluna böyük bir töhfədir və bu töhfəni futbolumuza “Xəzər Lənkəran” verib. Elə bir məşqçinin burda işləməsi alqışa layiqdir. Amma komandanın bu vəziyyətində onu da qınamaq olmaz. Axı Dənizli komandanı mövsümün yarısında təhvil alıb. Əgər mövsümün əvvəlindən komandanı çalışdırsaydı, onda narazı qalmaq olardı. O, gələnə qədər “Xəzər Lənkəran” xal itirmişdi və heç də yaxşı durumda deyildi. Düzdü, Premyer Liqanın ikinci yarısında yaxşı oyunlar oldu. Amma yenə də deyirəm ki, günahı onu üzərinə atmaq olmaz. Dənizli çempionatda öz qurduğu komanda ilə çıxış etmir.
- “Xəzər Lənkəran” zədəli futbolçuların çoxluğundan əziyyət çəkir. Bunun səbəbi araşdırılıbmı?
- Düzdü, bu, bizim üçün ciddi problemə çevrilib. Bunun səbəbini məşqçilər korpusu daha yaxşı bilər. Həkimlər əllərindən gələni edirlər. Uğursuzluqlarda zədəlilərin günahkar görmürəm. Komanda özündən zəif rəqibə uduzursa, heç-heçə edirsə, zədəlilərin olması buna bəraət qazandırmır.
- Komandanız “Bakı” ilə oyunun hakim idarəçiliyindən narazılıq edirdi...
- Baxımlı oyun oldu. Amma hakim səhvləri göz qabağında idi. Belə şey olmaz. Bu cür baxımlı oyunu hakim penaltilərlə “sındırdı”. Xüsusən, qapımıza verilən ilk penalti qərarı düzgün deyildi.
- “Bakı”nın seleksiyaçı məşqçisi İlham Əliyevin hakimlər otağına daxil olması iddia olunurdu. Bu barədə nə deyə bilərsiniz?
- İddia deyəndə ki, bu hadisə olub. Bu, düzgün deyil. Komandamızın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu artıq bunu ictimailəşdirib. İnanıram ki, AFFA rəhbərliyi, İntizam Komitəsi bunun səbəbini “Bakı” klubundan soruşacaq. Qayda-qanun hamıya şamil olunmalıdır.
- Avrokuboklara yollanmaq üçün çıxış yolunuz ölkə kubokunu qazanmaqdı. Komanda bunu bacarmasa, hansı dəyişikliklər olacaq?
- “Xəzər Lənkəran” yarandığı gündən çempionatda iddialı olub. Qızıl, gümüş medalımız var, kubokun, Superkubokun sahibi olmuşuq. Biz o komandalardan deyilik ki, 3-4 il heç nə qazanmadan davam edək. Bu il də bizim 10 illiyimizdir. Məşqçilər də, futbolçular da dərk edir ki, kubok bizim üçün çox vacibdir. Əgər kubok qazanılmasa, nə kimi dəyişikliklər olacağına baş məşqçi və klubun prezidenti qərar verəcək.
apasport.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























