Ölkə futbolu
Kiyev “Dinamo”su “Neftçi”yə oyunu necə satdı? - TƏFƏRRÜATLAR
Kiyev “Dinamo”sunun sabiq futbolçusu Viktor Serebryanikov 1966-cı il SSRİ çempionatının sonlarında “Neftçi”yə 1:2 hesablı məğlubiyyətlə bağlı şok açıqlamalar verib. Lent.az martın 29-da 74 yaşını qeyd edəcək Serebryanikovun “Sport-Ekspress”ə müsahibəsindən həmin hissəni təqdim edir...
- Bir dəfə “Ded” ləqəbli baş məşqçiniz Viktor Maslovu ağlamaq həddinə gətirmisiniz...
- 1966-cı ildə. “Neftçi” və OİK gümüş medal uğrunda vuruşurdular. “Neftçi”nin Kiyevdə matçı var idi. Oyun öncəsi axşam bazamıza yeniyetmələrdən ibarət yığmada birgə çıxış etdiyimiz uşaqlar – Banişevski, Markarov və Bruxti gəldilər. Aydındır, onlara oyun lazım idi. Cavab verdim: “Komanda ilə məsləhətləşəcəyəm. “Ded”ə deməyəcəyəm”.
- Nə üçün?
- Maslov daha öncə OİK-in məşqçisi olmuşdu. Aydındır ki, bu mübarizədə Rostov komandasının tərəfində idi. Mənə çuval uzatdılar. Hətta təsəvvür etmirəm ki, orada nə qədər var idi. Əsas heyətin 11 futbolçusunu yığdıq. Oyunu versək, elə indicə pulları bölüşdürəcəyik. Xeyr - qaytarırıq. Hamı lehinə səs verir. Bu zaman gözlənilmədən Bışovetsin səsi gəlir.
- Nə deyir?
- Deyir: “Qardaşlar, birdən Şerbitski xəbər tutar?” Cavab verirəm: “Sən deməsən, kim biləcək? İstəmirsənsə, tamam, pulları qaytarıram”. Çuvalla çıxışa yönəlirəm. Bışovets dalımca qaçaraq, köynəyimdən tutur. Az qala cıracaqdı: “Zarafat edirdim. Gəl bura!” Hamımız birgə “Neftçi”nin qaldığı “Moskva” mehmanxanasına gedirik. Razılaşırıq ki, bizi bir top fərqi ilə udsunlar. Lakin Bışovets meydanda möcüzə etməyə başlayır. Bombardir olmağa can atırdı. Pulu götürsə də, qol vurur. Hər halda biz 1:2 hesabı ilə uduzduq. “Ded” heç bir söz demədən maşına oturdu və getdi. Ağlayırdı. Biz onu satmışdıq.
- Heç olmasa, puldan Maslova çatdı?
- Onun payı məndə idi. Ona zəng etdim: “Viktor Aleksandroviç...”. O isə “Lənətə gəlmiş əclaf!”cavabını verdi. Mən isə soruşdum: “Gəlmək olar?” Ona hər şeyi danışdım. Həm razılaşmamız, həm də Bışovets barədə. Çuvalcığı verdim. İçərisində 1500-dən bir qədər çox pul qalmışdı. O, ortalıqda hansı məbləğin olduğunu gördükdən sonra şokda idi: “Məni içəri basacaqlar!”.
Qeyd edək ki, 1966-cı il SSRİ çempionatında Kiyev “Dinamo”su 56 xalla qızıl, Rostovun OİK komandası 47 xalla gümüş, “Neftçi” 45 xalla bürünc medal qazanıb. “Spartak” isə 42 xalla 4-cü yeri tutub. “Dinamo” - “Neftçi” matçı sona 3 tur qalmış - noyabrın 16-da keçirilib. Komandamız Kiyevdə 2:1 hesablı qələbə qazanıb. Ardından son 2 turda “Neftçi” Bakıda əvvəlcə Moskva MOİK-i ilə qolsuz heç-heçəyə, ardından “Spartak”la görüşdə 3:0 hesablı qələbəyə nail olub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























