14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

33-cü "Böyük oyun"

Premyer Liqanın son dövrəsinin start turu “Böyük oyun”la əlamətdar olacaq. Futbolxeber.az-ın məlumatına görə, paytaxtda üz-üzə gələcək “Neftçi” ilə “Xəzər Lənkəran” 10 illik rəqabətin tarixində 33-cü dəfə qarşılaşacaq. 3 dəfə Azərbaycan kuboku, 1 dəfə Superkubokda görüşən rəqiblər 28 dəfə çempionatda münasibətlərini aydınlaşdırıb.

İndiyədək baş tutan qarşılaşmalar kimin güclü olduğunu müəyyənləşdirməyib. Belə ki, həm “Xəzər Lənkəran”, həm də “Neftçi” 9 dəfə qalib gəlib. “Xəzər Lənkəran”ın qələbələrindən ikisi xüsusi əhəmiyyət kəsb edib. Bunlardan biri ilə Superkuboku başı üzərinə qaldıran “ağ-yaşıllar” ölkə kubokunda da rəqibini mübarizədən kənarlaşdırmağı bacarıb.

14 dəfə isə “Böyük oyun”un qalibi müəyyənləşməyib. Lakin heç-heçənin qeydə alındığı bu görüşlərdən birinin taleyi penaltilər seriyasında həll olunub. Azərbaycan kubokunun finalında “Neftçi” qalib gəlib.

Səfərdəki 15-ci “Böyük oyun”a qədər “Xəzər Lənkəran” rəqib meydanında 2 dəfə qalib gəlib və 6 dəfə bərabərliklə kifayətlənib.

Bu 14 oyunda meydan sahibləri 23, qonaqlar 13 qol vurmağı bacarıb. “Böyük oyun”larda sonuncu dəfə səfərdə qalib gələn komanda “Xəzər Lənkəran”dır. “Xəzər Lənkəran” 2011-ci il martın 3-də kubokun 1/4 finalında meydan sahiblərini 4:3 hesabı ilə məğlub edib.


lankaranfc.com






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31