13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

AFFA UEFA-ya etirazını bildirib

İşğal altında olan Azərbaycan ərazilərində Ermənistan Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursu keçirilir. Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı AFFA qarşı tərəfə  etirazını bildirib və UEFA-ya məlumat verib.

UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nın Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını  ifadə edib. E.Məmmədov həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.

Xatırladaq ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31