14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“İnter”: sayca 83-cü, ilk ispaniyalı

Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilən “Qəbələ” -“İnter” matçı “bankirlər” üçün bir sıra statistik göstəricilərlə əlamətdar olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə fərqlənmiş Mikel Alvaro Azərbaycan çempionatda “İnter” üçün qol vurmuş sayca 83-cü futbolçu olub. Bu oyunçu ölkə çempionatında “İnter”in formasında qol vurmuş ilk ispaniyalı futbolçu kimi tarixə düşüb. Xatırladaq ki, hazırda komandada oynayan və aktivində 29 qol olan Baçana Tsxadadze “İnter”in ən yaxşı bombardiridir.

Qeyd edək ki, “İnter”in tarixində yerli futbolçulardan başqa Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Latviyadan, Moldovadan, Braziliyadan, Gürcüstandan, Estoniyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan, Xorvatiyadan, Kosta-Rikadan və Fransadan olan futbolçular da fərqləniblər. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31