14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Qarabağ”: 3 qolla 2 rekord

Ağdamın “Qarabağ” klubu mövsümdə 8-ci dəfə böyükhesablı qələbə qazanıb. Futbolxeber.az-ın PFL-in rəsmi aytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri 1992, 1993 və 2003/04 mövsümlərindəki rekordunu təkrarlayıb. Belə ki, Ağdam təmsilçisi tarixində ən yaxşı halda mövsümdə 8 böyükhesablı qələbə qazanmışdı. 10 ildən sonra “Qarabağ” həmin rekordunu təkrarladı.

Burada Azərbaycan rekordu isə “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə 14 belə qələbə qazanıb.

2-ci turda “Sumqayıt”ı 5:1, 9-11-ci turlarda “Bakı”, “Sumqayıt” və “Xəzər Lənkəran”ı eyni - 3:0 hesabı ilə məğlub edən ağdamlılar bu dəfə ardıcıl 4 oyunda darmadağınla qalib gəlib. “Neftçi”ni 4:1, “Bakı”nı 4:0, “İnter”lə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl böyükhesablı qələbələr üzrə öz rekordunu təkrarlayıb. 2003/04 mövsümündə Şahin Diniyevin baş məşqçisi olduğu komanda ardıcıl 4 oyunda böyükhesablı nəticə ilə 3 xal qazanmışdı. Həmin vaxt startdakı 4 oyunda “Şahdağ-Samur” (17.05.2003) 5:0, “Bakılı” (25.05.2003) 4:0, MOİK (31.05.2003) 3:0, “Xəzər” (Sumqayıt, 04.06.2003) 5:2 hesabı ilə məğlub edilmişdi.

Ardıcıl böyükhesablı qələbələrdə də Azərbaycan rekordu “Neftçi”yə məxsusdur. Paytaxt təmsilçisi 1996/97 mövsümündə ardıcıl 5 oyunda rəqiblərini 3 və ya daha çox top fərqi ilə məğlub edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31