Ölkə futbolu
Marata zaman verin! (YAZI)
“Qəbələ”nin “Portu”dan gətirdiyi Marat İzmaylovun hazırkı durumu müəyyən mənada “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo Santosun Azərbaycana yeni gəldiyi vaxtları xatırladır. Yadınızda olar, o zaman Qurban Qurbanovu az qala asıb-kəsirdilər ki, bu yararsız oyunçunu bura niyə gətirmisiniz. Amma heç fikirləşən də yox idi ki, yazıq Reynaldo ayağını bizim meydançalara hələ təzə-təzə basır, ağır zədədən sonra üç ay oynamayıb, istədiyi formadan tamamilə uzaqdır və hər bir futbolçuya lazım olan zaman ona da verilməlidir. Aradan çox keçmədi, braziliyalı yarımmüdafiəçinin əsl istedadı üzə çıxdı.
Yox, Reynaldonun Azərbaycan çempionatında, xüsusilə də Avroliqada “Qarabağ” üçün hansı fədakarlıqları etdiyini sadalamaq fikrindən uzağam.
Axı, Marat İzmaylovdan danışırdıq. Marat qabiliyyətinə, bacarığına və istedadına görə bəlkə də Reynaldodan daha üstün oyunçudur. Ən yaxın tarixədək Rusiya kimi Avropa və dünyanın ən güclü milli komandalarından birinin əsas futbolçularından olub, 35 oyuna iki qol vurub. Lakin hər bir futbolçunun başına gələcək uğursuzluqla o da üzləşib, “Portu”da lazımi oyunu sərgiləyə bilməyib və “Qəbələ” rəsmilərinin dediyinə görə, həm komandaya kömək etməsi, həm də istədiyi formanı yığması üçün, baş məşqçi Yuri Syominin təkidi ilə Azərbaycana gəlib. Klubun vitse-prezidenti Fariz Nəcəfovun səmiyyətinə də inanıram: bu rusiyalı ulduza altı aylıq icarə haqqı üçün cəmi 150 min dollar verilib. Yəni Azərbaycan klublarının ehtiyat skamyasında kif basmaqla ətrafı bulandırmaqdan savayı başqa işə yaramayan legionerlərə verilən puldan iki-üc dəfə daha az.
Sözüm işin maddi tərəfində deyil. Marat Yuri Syominin, ruslar demiş, “lyubimçiki”, yəni sevimli oyunçusudur, ona daha çox güvənməsində və şans verməsində təəccüblü nəsə yoxdur. Syomin “Qarabağ”la matçda Maratı əsas heyətə salır və yeni komandasında debütü olmasına, ideal formasından xeyli uzaqlaşmasına baxmayaraq, yetərincə baxımlı oyun sərgiləyir və komandası üçün fayda verməyi bacarır. O artıq başqa söhbətin mövzusudur ki, Syomin belə bir əhəmiyyətli oyunda komandasının “qol silahı” olan Subotiçi ehtiyatda saxlamışdı və həmin görüşdəki məğlubiyyətdə bu amil çöx böyük rol oynamışdı. Hə, qəribədir ki, məhz həmin o ilk oyunundan sonra münəccimlik edib Maratın “Qəbələ”yə yararsız olacağını deyənlər də tapıldı.
Razıyam, bəzi görüşlərdə rusiyalı futbolçu istənilən səviyyədə çıxış edə bilməyib, amma axı, qarşıda hələ çempionatın 13 oyunu var. Niyə bir faktı unuduruq ki, Marat hələ adaptasiya mərhələsindədir, ona da zaman lazımdır. O vaxt yetişəndə Marat lazımi formaya da düşə bilər və öz oyunu ilə onu hədəfə alanları utandırar.
Formada olmayan, uyğunlaşma prosesi keçən futbolçuya 3-4 oyununa görə birmənalı qiymət vermək nə vaxtdan peşəkar yanaşmanın göstəricisi olub?
Yeri gəlmişkən, son vaxtlar “Qəbələ”nin bir qrup azarkeşinin ardıcıl xal itkilərindən panikaya düşməsini anlamaq olmur. Dünyada da, elə Azərbaycanın özündə də “qara zolağa” düşən təkcə “Qəbələ” deyil. Bu uğursuz zolağa düşdüyün kimi, ordan çıxmağın da yolları var və hazırkı mərhələdə o yol heç də Yuri Syominin istefasında deyil.
Syomin “Qəbələ”ni pis-yaxşı düzəldə bilib, bu klubu doqquz illik tarixinin ən yaxşı səviyyəsinə çıxarıb. “Qəbələ”nin 23 oyundan sonra turnir cədvəlində ikinci pillədə olmasına nə vaxtsa rast gəlmişdiniz? Amma əlbəttə, Syomin artıq özünün oyun sisteminə müəyyən düzəlişlər etməklə yanaşı, ya uğurlardan, ya da mənəm-mənəmliyindən başı gicəllənmiş bəzi futbolçularının ipini tez bir zamanda yığmalıdır. Yox, əgər yığa bilmirsə, onda onları klubun karate bölməsinə göndərə bilər. “Qəbələ”nin bir klub kimi nüfuzu, sağlam düşünən personalı, mədəniyyətli, səviyyətli və qabiliyyətli rəhbərliyi var. “Qəbələ” Azərbaycan Premyer Liqasının bəzi küçə klublarından deyil ki, oyunçusu meydanda dava salsın və ya buna cəhd etsin, komandadaxili mühiti pozsun. “Qəbələ”nin “qara zolaq”dan çıxmasının bir yolu da bəzi futbolçularına yerini göstərməkdir.
Və o futbolçular sırasında, əmin olun ki, Marat İzmaylov yoxdur.
Aydın BAĞIROV, Qol.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Nuriyev Macarıstan klubunda
- “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
-
11:48
“Barselona” Rodri üçün 50 milyon avro ödəməyə hazırdır
-
11:29
Pakistan yığmasının kapitanı "Qarabağ"da
-
11:04
Roman Salenko: “Qarabağ” keyfiyyətli futbol nümayiş etdirir”
-
10:31
"Qalatasaray" - "Renn" matçında 6 qol VİDEO
-
09:56
Krivotsyukun komandasından qələbə
-
09:42
Argentina millisinin üzvü "Çelsi"də
-
09:27
Mahirin qolu xal qazanmaq üçün yetmədi
-
09:13
"Qarabağ" ciddi itki ilə üzləşdi
-
09:00
"Qəbələ" Qətər klubuna qalib gəlib
-
20:00
İbrahim Həsənov finalda uduzdu
-
18:44
U-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
-
17:51
"İnter" "Mançester Siti"yə qalib gəldi VİDEO
-
15:28
Həvəskar velosipedçilər arasında Federasiya Kubokunun qalibləri müəyyənləşib
-
15:02
Rüfət İsrail klubuna qələbə qazandırdı
-
14:15
"Qəbələ"də braziliyalı qapıçı
-
12:39
Azərbaycan Atletika Federasiyasının məşqçisi 36 yaşında vəfat edib
-
11:46
"Real" "Fiorentina" matçında 4 qol VİDEO
-
10:53
"Neftçi SOCAR" Tokioda mübarizəni dayandırıb
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV
-
10:00
"İnter Mayami" Nərimanın komandası ilə heç-heçə etdi
-
22:00
AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib
-
21:37
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
20:16
Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
-
19:09
"Ayaks" Almaniya millisinin üzvü ilə gücləndi
-
18:43
Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar
-
17:21
Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək
-
16:54
“Qarabağ”ın sabiq hücumçusundan het-trik
-
15:32
"Neftçi SOCAR" 1/4 finala yüksəlib
-
15:10
Rövlan Muradov: “Rəhbərlik də, məşqçilər korpusu da bizə inanır”
-
14:45
Dünya çempionatı: Azərbaycan sablyaçıları 28 komanda arasında 13-cü olub
-
14:24
4 güləşçimiz Türkiyədə medal qazanıb
-
13:57
AFFA Frank De Bleker ilə vidalaşdı
-
12:36
PSJ-dən növbəti transfer
-
11:49
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
"Barselona" - "Birmingem" matçında 4 qol VİDEO
-
10:51
"Arsenal"dan 90 milyonluq transfer
-
10:34
Son 1 ildə geriləyən futbolumuz - YAZI
-
10:12
"Yuventus" "Nitsa"nı məğlub etdi VİDEO
-
09:45
Anatoli Nuriyevin komandası liderliyə yüksəldi
-
23:43
Cavid Hüseynov: “Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır”
-
22:37
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb
-
22:08
“Səbail”in sabiq legioneri “Şamaxı”da
-
21:54
Füzuli Məmmədovun komandasından növbəti darmadağın
-
21:15
“Qəbələ” qələbəni əldən verdi
-
20:21
"Araz-Naxçıvan" "Şəfa"ya uduzdu
-
19:42
"Turan Tovuz" qələbə qazandı
-
18:39
“Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
-
18:00
Neymarın büstü qoyulub
-
17:16
Marko Yankoviç: “Kədərlənməyə vaxtımız yoxdur”
-
16:53
Üzgüçülük Federasiyasında yeniyetmə idmançılarla görüş keçirilib
03.08.2026
02.08.2026
01.08.2026
31.07.2026
























