30 May 2026, Şənbə
ÇL-də final: PSJ, yoxsa “Arsenal”?
Minifutbol millimiz Fransaya qarşı
“Qrup lideri olmaq niyyətindəyik”
Millimiz İtaliyanı məğlub etdi

Ölkə futbolu

Meydançaya daxil olan azarkeş I divizion klubunu ziyana saldı

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Əvəzedici heyətlərin XXIII turunun “Qarabağ” – “Simurq” matçının 71 dəqiqəsində “Qarabağ” klubunun 8 №-li futbolçusu Elçin Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XXIII turunun “İnter” – “Bakı” matçında “Bakı” klubunun 4  futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XXIII turunun “Sumqayıt” – “Neftçi” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Rahil Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XVIII turunun “Energetik” – “Göyəzən” matçının 90+2-ci dəqiqəsində “Göyəzən” klubunun 17 №-li futbolçusu Tamerlan Yusifov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XVIII “Şahdağ” – “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 42-ci dəqiqəsində “Mil-Muğan” klubunun 5 №-li futbolçusu Samir Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Azərbaycan I Divizionunun XVIII “Bakılı” – “Lokomotiv” matçının 82-ci dəqiqəsində “Lokomotiv” klubunun 17 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 90-cı dəqiqəsində “Lokomotiv” klubunun 6 №-li futbolçusu Səbayıl Bağırov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Azərbaycan I Divizionunun XVIII “Qaradağ Lökbatan” – “Turan-T” matçının 90+4-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 10 №-li futbolçusu Timur Dadaşov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).

Azərbaycan I Divizionunun XVIII MOİK – “Kəpəz” matçının 27-ci dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Elmin Əlizadə ilə MOİK klubunun 16 №-li futbolçusu Azər Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 yunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1).

Azərbaycan I Divizionunun XVIII “Ağsu” – “Araz Naxçıvan” matçının 90+3-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 4 №-li futbolçusu Fərman Qəmbərov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

Oyunun 90+2-ci dəqiqəsində meydançaya azarkeş  daxil olduğu üçün meydan sahibi klub 500 manat cərimə olunur (maddə 50).  


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31