14 Sentyabr 2026, Bazar ertəsi
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi

Basketbol

“Hər matçda qalib gələ bilərik”

“Məncə, hər matçda qalib gələ bilərik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sərhədçi"nin basketbolçusu Antonio Uliyams klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Sabah"a qarşı keçirəcəkləri oyunla bağlı danışıb: "Sadəcə, öz oyunumuzu göstərməliyik. Pley-in seriyasının üçüncü görüşədək uzanmasına görə komandamız yorğun ola bilər. Amma qələbə üçün meydana çıxmalıyıq. Başqa yolumuz yoxdur".

Antonio Uliyams pley-in mərhələsində "Sumqayıt"a qalib gəldikləri qarşılaşmalar haqqında da fikirlərini bölüşüb: "Sonuncu matçda dörd hissənin üçündə yaxşı oynadıq. Fikrimcə, görüşün sonları daha gərgin keçdi. Biz isə sərtlik və birlik nümayiş etdirdik. Buna görə də qələbə qazana bildik. İkinci dueldə uduzmaq əslində bizə motivasiya oldu. Daha çox qələbə qazanmaq istəyi yarandı. Uduzmağı heç sevmirəm. Düşünürəm ki, birinci oyunda böyük qədər xal fərqi ilə qalib gəldikdən sonra ikincidə rəqibi düzgün qiymətləndirmədik. Nəticədə məğlub olduq və "Sumqayıt" həmin qarşılaşmada qələbəyə layiq idi".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30