11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Basketbol

"Sumqayıt"ın legioneri azarkeşlərdən dəstək istəyib

“Sumqayıt”ın basketbolçusu Zayon Yanq "Sərhədçi" ilə pley-in mərhələsinin 3-cü görüşündən əvvəl azarkeşlərdən dəstək istəyib.

Futbolxeber.az saytının məlumatına görə, o, klubun mətbuat xidmətinə açıqlamasında həlledici qarşılşamada fanatların dəstəyinə daha çox ehtiyaclarının olduğunu deyib.

Amerikalı basketbolçu üçüncü görüşdə qələbəyə inandığını söyləyib: "Əslində "Sərhədçi"yə uduzduğumuz matçda da yaxşı oynamışdıq. İkinci görüşdə isə, ümumiyyətlə, mükəmməl idik. Kollektiv şəklində var gücümüzü ortaya qoyduq. Həm hücum, həm də müdafiəmizə söz ola bilməzdi. Fikrimcə, seriyanın həlledici görüşündə qalib gələn tərəf "Sumqayıt" olacaq. Çərşənbə günü azarkeşlərin dəstəyinə ehtiyacımız var. Onların hamısını arenaya səsləyirəm. Hətta Bakıdan olan fanatlarımız da Sumqayıta gəlsin".

Qeyd edək ki, pley-in mərhələsinin ilk görüşündə "Sərhədçi" 123:97 hesablı qələbə qazanıb. İkinci matç isə “Sumqayıt”ın üstünlüyü ilə yekunlaşıb - 100:95. Komandalar arasında üçüncü görüş aprelin 16-da baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31