7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Basketbol

“Növbəti oyunlar bizim üçün çox önəmlidir”

“Növbəti matçlar bizim üçün çox önəmlidir, müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Sərhədçi”nin basketbolçusu Milenko Velikoviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasındakı fasiləyə görə bir neçə gün istirahət etdiklərini bildirib: “Bu, əvvəlki dövrdə sıx iş qrafikinə malik olduğumuz üçün faydalı idi. Düşünürəm ki, bu həftə yaxşı məşq etdik. Bir az zədə problemimiz oldu, amma bu da arxada qaldı. Ümid edirəm ki, hazırıq, son bir neçə oyunda gözlənilən nəticəni əldə edə bilməmişik”.

Oyunçu mövsümün sonuna yaxınlaşdıqlarını xatırladıb: “Əlimizdən gələni edəcəyik. Qarşıdakı oyunlarda müdafiədə və itirilmiş toplarda səhvləri azaltmağa, üstünlüklərimizdən istifadə etməyə və oyunumuzu tətbiq etməyə çalışacağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31