26 Yanvar 2026, Bazar ertəsi
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də
“Qarabağ” Liverpula yollanır
Millimiz Danimarkaya qalib gəldi

Basketbol

“Neftçi” ilə oyuna yaxşı hazırlaşmışıq"

"Neftçi” ilə oyuna yaxşı hazırlaşmışıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XIV turunda sabah “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, heyətdə itki olduğunu da vurğulayıb: “Neftçi” iki, biz isə 3 oyun uduzmuşuq. Amma yaxşı oynadığımızı düşünürəm. “Naxçıvan”la matçda Milenko Velikoviçin zədəli olmasına baxmayaraq, inamlı çıxış etmişdik. “Neftçi” ilə görüşə yaxşı hazırlaşmışıq. Onların oyun tərzinə görə hazırlaşmışıq. Həqiqətən “Sabah” meydanda döyüşən “Sərhədçi”olacaq. Təəsüf ki, Kris Martinin zədəsi olduğu üçün ondan çox istifadə edə bilməyəcəyik. Amma yeni oyunçumuz Cimmi Nikolsdan yararlanacağıq. Düşünürəm ki, sabah özümüzü göstərməyi bacaracağıq və məğlubiyyət seriyasını bitirməyə çalışacağıq. Təəssüf ki, milli komandanın düşərgəsində olduğum üçün matçda iştirak edə bilməyəcəm. Amma köməkçim Murat Öney kollektivin başında olacaq. Bu qarşılaşmada qələbəyə ehtiyacımız var”.

Qeyd edək ki, "Neftçi" - "Sərhədçi" matçı sabah, saat 19:00-da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31