5 Aprel 2026, Bazar günü
"Zirə" Azərbaycan çempionu oldu
“Finala çıxdığımızı düşünmürəm”
“Şəfa” darmadağın oldu
"Ən yaralı yerimiz infrastrukturdur"

Basketbol

Gürcü legioner: "Sumqayıt”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

“Sumqayıt”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Quba”nın gürcüstanlı basketbolçusu Levan Qoqaladze klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan Basketbol Liqasının XIV turunda qarşılaşacaqları “Sumqayıt”la matça hazırlıqlarla bağlı deyib.
 
O, bundan öncəki bəzi görüşlərdə şanssızlıq səbəbindən məğlub olduqlarını vurğulayıb: “Təəssüf ki, son görüşdə də uduzduq. Həmin oyundan sonra da hazırlığı davam etdirmişik. Qələbə qazanmağa yaxın olduğumuz görüşləri şanssızlıqla uduzmuşuq. Təbii ki, daha yaxşı olmaq üçün çalışırıq, bu haqda düşünürük”.
 
L.Qoqaladze meydançanın hər qarışı uğrunda mübarizə aparacaqlarını söyləyib: “Bu gün “Sumqayıt”la qarşılaşacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Sumqayıt”la bu mövsüm ümumi hesabımız 1:1-dir. Ona görə də meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Ümidvaram ki, istəyimiz reallaşar”.
 
Qeyd edək ki, “Quba” - “Sumqayıt” matçı “Sərhədçi” İdman Mərkəzində, saat 19:00-da başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30