28 Iyun 2025, Şənbə
“Kəpəz” Yeqor Xvalko ilə vidalaşdı
Luis Ortis rəsmən “Neftçi”də
Balayev daha bir il “Neftçi”də
“Neftçi” hazırlığa start verdi

Basketbol

"Üçüncü yer uğrunda ikinci matç daha çətin olacaq"

"Düşünürəm ki, ikinci matç daha çətin olacaq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "NTD-İndiqo"nun oyunçusu Eysan Vayli Azərbaycan Basketbol Liqasında "Xırdalan"a qarşı keçirəcəkləri üçüncü yer uğrunda ikinci qarşılaşmadan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, bu rəqibə qalib gəldikləri ilk görüşdə (95:79) çox yaxşı oyun göstərdiklərini və sabahkı matçda məqsədlərinin dəyişmədiyini bildirib: "İlk dueldə oyun planına əmək etdik və qələbə qazandıq. Komandanın müdafiədəki çıxışını xüsusi qeyd edərdim. Üçüncü yer uğrunda oynayırıq. Ancaq bu, gözlədiyimiz nəticə deyil. Məqsədimiz çempionluq idi. Amma biz peşəkarıq və işimizi görməliyik".
 
ABŞ-dən olan basketbolçu Azərbaycan çempionatının səviyyəsində də söz açıb: "Artıq bir neçə aydır ki, bu ölkədə oynayıram. Liqanın səviyyəsi məni təəccübləndirdi. Kifayət qədər yüksəkdir. Hər komandada amerikalı, eləcə də keyfiyyətli azərbaycanlı oyunçular var".
 
Qeyd edək ki, "NTD-İndiqo" və "Xırdalan" komandaları arasındakı ikinci matç mayın 18-də keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30