Basketbol
Azərbaycanın yeni brendi - DOST mərkəzləri
Dövlət başçısı cənab İlham Əliyev daha öncədən “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” demişdi. 2019-cu ilin geridə qalan 8 ayı cənab Prezidentin dediklərini sübuta yetirdi. Həqiqətən də 2019-cu il Azərbaycanda sosial sahədə inqilabi islahatlar ilinə çevrildi. Dövlət başçısının 2019-cu ilin ötən dövründə təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artırılaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Eləcə də dövlət sektorunda işləyənlərin əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri nəzərəçarpan dərəcədə artırılıb. Bütün bunlarla kifayətlənməyən dövlət 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoymaqla, bu problemin həlli ilə bağlı maliyyə yükünü də öz üzərinə götürdü. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək oldu.
Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı daha bir təşəbüsün icrasına imkan yaratdı. Belə ki, dövlət sosial xidmətlərinin vətəndaşlara “bir pəncərə”dən daha yaxın və əlçatan, tam şəffaf mühitdə qurulması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin yaradılmasına qərar verildi.
DOST Nədir?
Prezidentin fərmanına görə, agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılıb. Agentlikdə təsisçinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini DOST Agentliyinin nizamnaməsinin və strukturunun təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, habelə yenidən təşkili və ləğvinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər məsələlərə münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
DOST agentliyi "DOST" mərkəzlərini idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir. DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edir.
Bu mərkəzlərdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük töhfəsi
Azərbaycanda sosial inkişafa təkan verən bu inqilabi islahatlar paketinin hazırlanması prosesində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva fəal iştirak edərək, islahatların realllaşdırılmasında öz mühüm dəstəyini göstərib. Dövlət sosial xidmətlərinin vətəndaşlara “bir pəncərə”dən daha yaxın və əlçatan, tam şəffaf mühitdə qurulması üçün Mehriban xanım Əliyevanın təşəbbüslərindən biridir. Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı bu təşəbbüsün icrasına imkan verib. Fərmanın icrası olaraq, DOST konsepsiyasının reallaşdırılması üçün əsas sənədlərin hazırlanması prosesi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qısa müddətdə və uğurla başa çatdırıldı. Beləliklə, 9 may 2019-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və ilk DOST mərkəzi açıldı.

İlham Əliyev: “DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır”
Bakının Yasamal rayonunda ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimi oldu. Bu mərkəzdə xidmətin asanlaşdırılması məqsədilə elektron lövhələr və məlumat köşkü yaradılıb. Nazirliyin aidiyyəti qurumlarının fəaliyyəti mərkəzdə əlaqəli şəkildə təmin edilib. Əlilliyi olan şəxslər üçün lazımi şərait yaradılıb. Xidmətlər vahid standartlar əsasında və bir-birinə inteqrasiya olunmuş şəkildə elektron müstəvidə təqdim olunur.
İlk DOST mərkəzinin inzibati binasının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə də görüşüblər.
Agentliyin işçilərini və “Gənc DOST” könüllülərini salamlayan Prezident İlham Əliyev həmin günün ölkəmizin həyatında çox əlamətdar bir gün olduğunu vurğulayıb: “Bu gün ilk DOST mərkəzi açılır, fəaliyyətə başlayır. Keçən ilin avqust ayında mənim Sərəncamımla DOST Agentliyi yaradıldı və şadam ki, qısa müddət ərzində, heç bir il keçməmiş birinci mərkəz artıq fəaliyyətə başlayır. BBakıda, bütün bölgələrdə bütövlükdə 31 mərkəz yaradılacaq. Vətəndaşlara yüksək xidmət göstərmək üçün burada bütün şərait, bütün imkanlar var. Hər mərkəzdə təqribən 100-150 iş yeri olacaq, bu da çox önəmlidir. Hər bir mərkəzdə könüllülər qrupu fəaliyyət göstərəcək. Beləliklə, bu mərkəzlər vətəndaşlara yüksəksəviyyəli xidmət etmək üçün gözəl şərait yaradacaqdır”.
Dövlət başçısı bildirib ki, DOST Agentliyinin yaradılması sosial sahədə atılmış çox önəmli islahatdır: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir”.
“Bizim siyasətimiz sosialyönümlü siyasətdir” deyən cənab İlham Əliyev vurğulayıbki, dövlət bütün əlavə gəlirlərini sosial sahəyə yönəldir: “Çalışırıq ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir.
Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.

Sahil Babayev: “DOST layihəsi ölkəmizin bu sahədə yeni brendini formalaşdırır”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir Sahil Babayev bildirib ki, DOST Agentliyinin məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həll yollarının tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir:
“Prezident İlham Əliyevin sosial islahatlar proqramı əmək, məşğulluq, sosial müdafiə sahələrində idarəçilik və əhaliyə xidmətlərin təkmilləşdirilməsinə, müasir, innovativ iş prinsiplərinin tətbiqi sahəsində yeni irəliləyişlərə imkan yaradıb. Dövlət başçısının 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyinin məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həll yollarının tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaradıb.
"DOST” mərkəzində gün ərzində 400-dək şəxsə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 növdə xidmət göstərilir. Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması və "bir pəncərə”dən təqdim edilməsi ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırır”.
DOST xidmətlərindən tam məmnunluq səviyyəsi 93 faizdir
DOST mərkəzində 130-dan çox elektron xidmət göstərilir. Bunların sırasına “Pensiya və sosial sığorta”, “Sosial müavinətlər və təqaüdlər”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Sosial xidmətlər və övladlığa götürmə məsələləri”, “Əmək münasibətləri”, “Məşğulluq xidmətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və digər xidmətlər daxildir.
May ayında açılışı olan DOST mərkəzinin xidmətlərindən artıq 30 mindən çox vətəndaş faydalanıb. DOST xidmətlərindən tam məmnunluq səviyyəsi 93 faiz, qismən məmnunluq 4 faiz təşkil edir.
2019-2025-ci illər üzrə Bakıda və respublikamızın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub
DOST mərkəzləri Azərbaycanın yeni brendinə çevrilir
Yekunda bir daha vurğulayaq ki, Dayanıqlı və Operativ Sosial Təminat layihəsi, bundan irəli gələrək yaradılan DOST Agentliyi və ilk "DOST” mərkəzi də ASAN Xidmət kimi ölkəmizin yeni brendinə çevrilir. Dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Agentlik DOST mərkəzləri vasitəsilə "bir pəncərə" prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi şübhəsizdir. Eyni zamanda, bu hadisə 2019-cu ilin sosial sahədə atılan ən önəmli addımlardan biri olmaqla, dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinin başlanmasını təmin edəcək.
İbrahim CƏFƏROV
Yazı “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün"dür
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın rəqibi bəlli oldu
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
11:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
Uruqvaydan xal itkisi VİDEO
-
11:07
Elvin Cəfərquliyev də “Qarabağ”la Avstriyaya getdi
-
10:54
"Qarabağ" Avstriyaya yollandı
-
10:30
Ruan Renato: “Turan Tovuz”un adına məyus oldum”
-
10:12
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:45
İspaniyanın DÇ-2026-dakı ilk qələbəsi VİDEO
-
20:59
Zlomisliç rəsmən “Qarabağ”da
-
19:24
“Neftçi” kapitanlarla müqaviləni yenilədi
-
15:41
Bədavi daha bir 1 il “Qarabağ”da
-
14:35
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
-
13:56
Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdir”
-
13:18
Boksçumuz Dünya Kubokunda qızıl medal qazanıb
-
12:23
Yaponiya 3 xalı 4 qolla qazandı VİDEO
-
12:00
"İmişli"də yeni məşqçi təyinatları
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
-
18:56
“Zirə”dən yeni qapıçı transferi
-
17:49
“Xankəndi” məşqçisini göndərdi
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
16:03
"Zirə"də gözlənilməz ayrılıq
-
15:41
Rafael Fiziyev Bakıya gəlib
-
14:15
Ronaldinyo karyerasını bərpa edir
-
13:32
Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb
-
13:20
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:58
"Şamaxı"nı Bakı klubuna dəyişdi
-
12:07
Türkiyənin məğlubiyyəti VİDEO
-
11:49
Futzal millimizin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır “
-
11:16
Braziliya millisindən 3 qollu qələbə VİDEO
-
10:34
DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
09:53
Türkiyə - Paraqvay oyununun ən yaxşısı o seçildi
-
09:05
DÇ-2026: Türkiyədən erkən vida
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
22.06.2026
21.06.2026
20.06.2026
19.06.2026























