28 Oktyabr 2026, Çərşənbə
Yeton Bekiri qələbəni şərh etdi
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
"Araz-Naxçıvan"dan uğurlu start
Azərbaycan çempionatının püşkü atıldı

Xarici futbol

“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı

“Hall Siti”nin yarımmüdafiəçisi Sorba Tomas məşqə gedərkən avtomobil qəzasına düşüb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə İngiltərə klubu açıqlama yayıb.

Hadisə komandanın Kottinqemdəki məşq bazasının yaxınlığında baş verib. Futbolçunun idarə etdiyi avtomobil aşıb. Klubdan bildirilib ki, Tomas qəza zamanı xəsarət almayıb və avtomobildən özü çıxıb.

“Hall Siti” həmçinin futbolçunun avtomobilinin qəza vəziyyətində olan görüntülərinin sosial şəbəkələrdə yayıldığını bildirib və azarkeşləri onun səhhəti ilə bağlı narahat olmamağa çağırıb.

Qeyd edək ki, Tomas sentyabrın 1-də “Stok Siti”dən “Hall Siti”yə keçib. O, yeni komandasında 7 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31