12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Xarici futbol

Mahir Emrelinin qolu “Rakuv”a bəs etmədi

Azərbaycan millisinin üzvü Mahir Emreli “Rakuv”un heyətində Konfrans Liqasının pley-off mərhələsinin "Hayduk"la cavab oyununda meydana çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, matç Xorvatiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İlk oyun 2:2 hesabı ilə yekunlaşdığından “Hayduk” ümumi hesabda 5:4 qalib gələrək növbəti mərhələyə yüksəlib.

Start heyətində yer alan Mahir 88-ci dəqiqədə qol vuraraq hesabı 2:2 edib və oyunun əlavə vaxtda davam etməsinə şərait yaradıb. Lakin burada "Hayduk" daha 1 qol vurmağı bacarıb. Beləliklə, “Rakuv” Konfrans Liqasında mübarizəni dayandırıb.

Qarşılaşmada sonadək meydanda qalan Mahir 89-cu dəqiqədə sarı vərəqə alıb

Qeyd edək ki, bu, 29 yaşlı hücumçunun "Rakuv"un heyətində Konfrans Liqasında 3-cü, ümumən isə 4-cü qolu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31